Icma.az
close
up
RU
“Canlı ərməğan” və uğurların şifrəsi

“Canlı ərməğan” və uğurların şifrəsi

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yazı masamın üstündə iki kitab var. Bu yaxınlarda mənə hədiyyə olunan bu kitablardan birinin üz qabığından xoş simalı, ziyalı bir insanın şəkli baxır. Sadə, səmimi, tanış bir sima. İlk dəfə uzun illər bundan öncə 2007-ci ilin sentyabrında Ankarada keçirilən önəmli bir konfransda - “İCANAS-38”- də digər iştirakçılarla birgə tanış olmuşdum bu dəyərli alimlə. Dr.Yusif Gədiklinin tədqiqatları, kitabları barədə az-çox bilgim olsa da, sonradan haqqında daha çox əziz dostlardan – tanınmış türkoloq alim Atilla Jorma və Sevil Abbasova İrəvanlıdan eşidirdim. İllər sonra, bu il İstanbulda yenidən görüşdüyüm bu gözəl alimlə bir az söhbətləşmək imkanım oldu. Olduqca dərin bilgiyə sahib, eyni zamanda sadə, təvazökar, səmimi, həm də çox xeyirxah bir insandır Yusif Gədikli (Kitabxana və arxivlərdə araşdırma aparmaq üçün yol göstərdiyi, yardım etdiyi üçün Yusif abiyə və qardaşı İstanbul Universitetinin professoru, Hüquq fakültəsinin dekanı Fəthi Gədikliyə xüsusi minnətdaram). Bizə - Sevil xanımla mənə kitablarından hədiyyə etdi. Yeni çapdan çıxan “Sabar, barsil, saragur türkləri və türkcələri” adlı kitabı ilə tanınmış yazıçı-jurnalist Hüdavəndiyar Onurun onun haqqında yazdığı “Dilçi-türkoloq Dr.Yusif Gədikli kitabı”nı. Üz qabında şəkli olan ikinci kitab onun yubileyi münasibətilə nəşr olunub. “Ön söz” və beş bölümdən ibarət bu kitabın olduqca yığcam, yarım səhifəlik “Ön söz”ündə müəllif, haqqında kitab yazdığı Yusif Gədiklini elə ilk cümləsiylə oxucusuna gözəl bir şəkildə təqdim edir. Uzun müddətdir ki, “Türk millətinə xidmət etməyi bir borc olaraq görən, ömrünü buna həsr edən, Türk mədəniyyətinə töhfə vermək məqsədilə 50-yə yaxın kitab və minə yaxın məqalə qələmə alan” Yusif Gədikli haqqında bioqrafik bir əsər yazmağı düşünən Hüdavəndiyar bəy illərdir, müxtəlif qəzet və dərgilərdə, internet saytlarında Yusif Gədiklinin kitablarını tanıdıb, haqqında yazılar dərc etdirib. Kitabın “Dr. Yusif Gədiklinin bioqrafiyası” adlanan birinci bölümündə müəllif oxucusunu alimin tərcümeyi-halı ilə tanış edir, daha sonra onun bioqrafiyasının hansı qaynaqlarda yer aldığını qeyd edir. Daha sonra haqqında yazılan məqalələri, aldığı mükafatları diqqətə çatdırır. Bu tərcümeyi-haldan alimin 1954-cü ildə Trabzon – Akçaabadın Kurucam kəndinin Kiçikoba yaylasında doğulduğunu, ilk təhsilini doğma kəndində, sonra Akçaabadda alaraq, Vanda Tibb kollecini bitirdiyini öyrənirik. Yusif bəy 1975-80-ci illərdə Ərzurum Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümündə ali təhsil alıb. Daha sonra İstanbul Universitetində magistr təhsilini başa vurub. Həm diplom işi, həm də magistr işi Azərbaycanla (Hüseyn Cavidin dramaturgiyası və Azərbaycan mətbuatında əlifba məsələsi) əlaqədar olan Yusif Gədiklinin elə doktorluk mövzusu da böyük Azərbaycan şairi Şəhriyar haqqındadır. 1995-ci ildə AMEA Ədəbiyyat İnstitutunda “Şəhriyarın həyatı və sənəti (Türkcə divanı əsasında)” mövzusunda elmi iş müdafiə edib. Uzun illər müxtəlif sahələrdə (tibb, ədəbiyyat, təhsil) çalışıb. Hüdavəndiyar bəyin də qeyd etdiyi kimi, ensiklopedik bir şəxsiyyət kimi bir çox sahədə əsərlər ortaya qoymuş Yusif Gədikli hələ Sovetlər dövründə, 1978-ci ildən müasir Azərbaycan ədəbiyyatı mövzusunda tədqiqatlar aparmağa başlamışdır. Bundan əlavə, o, çağdaş ədəbiyyatımızdan (Anar, Yusif Səmədoğlu, Elçin və b. yaradıcılığından) çoxsaylı tərcümə əsərlərinin də müəllifidir.

Bu günədək ədəbiyyat, türkologiya və dilçilik sahəsində ( “Şəhriyar və bütün türkcə şeirləri”, “Avropa hunları və Avropa hun türkcəsi”, “Qafqaz hunları və Qafqaz hun türkcəsi”, “Dillərin şifrəsi (2 cilddə), “İlk və Orta çağlar türk şeiri”, “Sabar, barsıl, sabagur türkləri və türkcələri” və b. ) çoxsaylı, önəmli əsərlər qələmə almış Yusif Gədikli yenə də eyni əzmlə tədqiqatlarını davam etdirməkdədir. Müsahibələrinin birində bu uğurlarının sirrini ondan soruşarkən verdiyi cavab da diqqətəlayiqdir. Yusif bəy “bu uğurların sirrini “ 4 M” olaraq ümumiləşdirə bilərəm”, - deyə cavab verərək fikrini belə açıqlamışdır: “1) Maraq: Elmi cəhətdən hər şeylə maraqlanan bir insanam; 2)Məqsəd: Elmi bir vasitə olaraq deyil, məqsəd olaraq görürəm, pul, məqam və buna bənzər şeylər mənimçün ön planda deyil; 3) Missiya: Millətim üçün yerinə yetirməli olduğum vəzifələrim olduğuna inanıram. Tofiq Fikrətin dediyi kimi, “doğru bildiyin yolda tək gedəcəksən”; 4) Metod: Həmişə oxuyuram, hər zaman düşünürəm və bir az da yazıram.”

Hüdavəndigar Onurun kitabını vərəqlədikcə Yusif Gədiklinin bu “4 M”-li iş prinsipinin son kəlməsinin son dərəcə təvazökarlıqla deyildiyinə əmin olursan. Çünki, “bir az da yazıram”, - deyən insanın nə qədər zəngin yaradıcılığa malik, məhsuldar bir alim olduğuna şahidlik üçün yalnız əsərlərinin biblioqrafiyasını gözdən keçirmək yetərlidir. Təkcə Azərbaycanla əlaqədar müxtəlif dövrlərdə qələmə aldığı məqalələrindən bəzilərinin - “Azərbaycan ədəbiyyatında İstanbul”, “Azərbaycan milli hərəkatında şairin rolu”, “Qarabağ məsələsinin çözümü haqqında görüşlərimiz”, “Çağdaş Azərbaycan ədəbiyyatına (tənqidi) bir baxış”, “Mirzə Fətəli Axundzadə (1812-1878)”, “Məmməd Aslan və Bəxtiyar Vahabzadənin şeirlərində 20 yanvar faciəsi”, “Azərbaycanın məzlum şairi Mikayıl Müşfiq (1908-1938)”, “Azərbaycan, uyğur və türkmən türkcələrində yeni söz yaradıcılığı”, “Azərbaycan mətbuatında “Molla Nəsrəddin” dərgisi və Cəlil Məmmədquluzadə”, “Məhəmmədhüseyn Şəhriyar”, “Ramiz Əskər və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və b. adlarını sadalamaq onun çoxşaxəli tədqiqatlar apardığından soraq verir. Alimin dilçiliklə əlaqədar qələmə aldığı məqalələr də bu elm sahəsinin müxtəlif bölmələrini əhatə edir. Onun “Dillərin şifrəsi” kitabı isə onun, öz sözləri ilə ifadə etsək, dillərin mənşəyi barədə nəzəriyyəsini ortaya qoyduğu kitabdır. “Dil sonsuz, çətin, dərin, sərhədsiz bir sahədir”, - deyə bu sahədə tədqiqatlarını davam etdirməkdə, çox sevdiyi bu sahədə dilin dərin qatlarınadək “enib”, hər sözün, hər kəlmənin mənşəyini, kökünü, etimologiyasını arayıb-axtarmaqda, dillərin şifrəsini çözməkdədir hələ Yusif Gədikli. Elə yeni çapdan çıxan “Sabar, barsil, saragur türkləri və türkcələri” adlı dəyərli tədqiqat əsəri də bu axtarışların uğurlu nəticələrindəndir. Uğurlarının şifrəsi isə “4 M”- dir: Maraq, Məqsəd, Missiya, Metod.

Uşaqlıq illəri, gəncliyi füsunkar təbiətə malik Trabzonda, dağlar, meşələr arasında keçən bu insanın ən sevdiyi idman növü də dağçılıqdır. Dağçılar zirvəyə can atar. O, bir alim kimi sözü, qələmi, yaradıcılığı ilə zirvələr fəth etməkdədir. Ömrünün zirvə yaşında, yaradıcılığının zirvəsindədir Yusif Gədikli. Yubiley ilidir bu il. Bu günəcən çoxsaylı mükafatlar alan alim yubiley ilində də bir neçə gün öncə yeni bir medalla – bu il 100 illiyi qeyd olunan Əhməd Kabaklının yubiley medalı ilə təltif olunub. Yusif Gədikli haqqında yubiley ərməğanı olaraq yeni bir kitab nəşrə hazırlanır. Təltiflər, ərməğanlar, əlbəttə, gözəldir. Xüsusən, yaradıcı insanları yeni zirvələr fəth etməyə, yaratmağa ruhlandırır. Əslində, bu yaradıcı insanların özləri də insanlığa, dünyaya Yaradanın gözəl bir hədiyyəsi, canlı ərməğanıdır. Elə vaxtilə yaxın dostu, şair Rəfiq Zəka Xəndan da Yusif bəyə həsr etdiyi şeirlərindən birində onu məhz belə adlandırıb: “Tarixdə qalacaq, məncə, izləri, Canlı ərməğandır Yusif Gədikli!”

Dos.dr. Şəlalə Ana Hümmətli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see419

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see249

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see224

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see223

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see213

Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq

23 İyun 2026 00:22see206

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see195

Moskva Zelenskinin təhdidlərinə cavab hazırlayır

23 İyun 2026 00:44see185

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see184

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see182

Tiaqo Silva “Fluminense”yə qayıdıb

23 İyun 2026 02:12see180

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

23 İyun 2026 00:37see174

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see171

Tərəvəz sevənlər üçün kabaklı plov resepti

23 İyun 2026 02:02see168

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see168

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see161

Əvvəl penaltini qaçırdı, sonra dubl etdi Video

23 İyun 2026 02:23see157

Klozedən Messiyə təbrik “Tarixin ən yaxşısıdır”

23 İyun 2026 02:01see156

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see153

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri