DİN Bakıda əməliyyat keçirdi: Narkotacirin səs yazısı yayıldı FOTO/VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 2025-ci ilin ilk günlərində həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 49 yaşlı Zaur Əzizov saxlanılıb. Ondan 2 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan həşiş qətranı və 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Əzizov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 06 Yanvar 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















