Icma.az
close
up
RU
DİN Bakıda son günlər yaranan tıxacların səbəbini açıqlayıb, 40 a yaxın küçə və prospektdə yaşıl dalğa əmri verilib SİYAHI

DİN Bakıda son günlər yaranan tıxacların səbəbini açıqlayıb, 40 a yaxın küçə və prospektdə yaşıl dalğa əmri verilib SİYAHI

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur".

APA xəbər verir ki, bi barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib.

"Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da (şəhərə giriş-çıxış yolları) təsir edir", - deyə müraciətdə qeyd olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hansı tədbirlər görülüb?

Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə svetoforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb.

Nəqliyyat intensivliyini artırmaq məqsədilə aşağıdakı küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri verilib.

1. S.Vurğun küçəsi;
2. A.Bakıxanov küçəsi;
3. M.Müşfiq küçəsi;
4. Mehdi Hüseyn küçəsi;
5. Ş.Bədəlbəyli küçəsi;
6. M.Füzuli küçəsi;
7. R.Behbudov küçəsi;
8. K.Rəhimov küçəsi;
9. 28 May küçəsi;
10. Ü.Hacıbəyli küçəsi;
11. Y.Səfərov küçəsi;
12. A.Cəlilov küçəsi;
13. Ak.Həsən Əliyev küçəsi;
14. Gülarə Qədirbəyova küçəsi;
15. İstiqlaliyyət küçəsi;
16. C.Hacıbəyli küçəsi;
17. Ə.Ağaoğlu küçəsi;
18. Vaqif küçəsi;
19. Ə.Dəmirçizadə küçəsi;
20. Nəsib bəy Yusifbəyli küçəsi;
21. Y.V.Çəmənzəminli küçəsi;
22. M.Araz küçəsi;
23. Nazim Hikmət küçəsi;
24. M.Mehdizadə küçəsi;
25. Nizami küçəsi;
26. Süleyman Rəhimov küçəsi;
27. Tbilisi prospekti;
28. 8 Noyabr prospekti;

29. Q.Qarayev prospekti;
30. İnşaatçılar prospekti;
31. Neftçilər prospekti;
32. Z.Əliyeva prospekti;
33. Azadlıq prospekti;
34. Azərbaycan prospekti;
35. Xətai prospekti;
36. Atatürk prospekti;
37. Parlament prospekti;
38. F.Xoyski prospekti.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Mart 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see139

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see138

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see137

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see130

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see130

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see125

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see125

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see125

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see125

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see123

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see123

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see122

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see121

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri