DİN dən yağışla bağlı sürücülərə ÇAĞIRIŞ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda müşahidə olunan yağıntılı hava şəraiti paytaxt yollarında hərəkətin intensivliyinə təsir göstərib, bəzi istiqamətlərdə sıxlıq yaranıb. Yol polisi əməkdaşları tərəfindən sıxlığın azaldılması, hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin sürücülərə müraciətində deyilir.
Nazirlik hazırda sıxlıq müşahidə olunan əsas istiqamətləri açıqlayıb:
• Bakı–Sumqayıt şosesi (“20 Yanvar” istiqaməti)
• Ziya Bünyadov prospekti (müxtəlif hissələr üzrə)
• Tbilisi prospekti (“20 Yanvar” → mərkəz)
• Heydər Əliyev prospekti (əsas və köməkçi yollar)
• Xətai prospekti
• Atatürk prospekti
• Yusif Səfərov küçəsi
• 8 Noyabr prospekti
• Mikayıl Müşfiq küçəsi (Badamdar dairəsi)
• Niyazi küçəsi (“Azneft” dairəsi)
• Binəqədi şosesi (“Azadlıq prospekti” m/st istiqaməti)
və digər qeyd olunan ərazilər.
Sürücülərə müraciət
• Sürət həddinə ciddi əməl edin
• Ara məsafəsini qoruyun
• Yağışlı havada qəfil manevrlərdən çəkinin
• Piyadalara qarşı diqqətli olun
DİN-dən bildirilib ki, polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsiz və fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir.
Baxış sayı:125
Bu xəbər 06 Aprel 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















