Icma.az
close
up
RU
DİN əməliyyat keçirib İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

DİN əməliyyat keçirib İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kibertəhlükəsizliyin qorunması və kibercinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir. Bu istiqamətdə nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. 

Tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi ilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub. Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb. H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib. 

Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H.Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri