Icma.az
close
up
RU
Rəşid Behbudovun qızı Şərif Ağayarın üzrünü QƏBUL ETMƏDİ

Rəşid Behbudovun qızı Şərif Ağayarın üzrünü QƏBUL ETMƏDİ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yazıçı Şərif Ağayar sosial şəbəkələrdə geniş rezonans doğurmuş paylaşımından sonra Xalq artisti Rəşid Behbudovun ailəsindən və onu sevənlərdən üzr istəyib. 

SAVASHMEDİA.az xatırladır ki, Şərif Ağayarın yazısında muğamla və Rəşid Behbudovun sənəti ilə bağlı səsləndirdiyi fikirlər sərt reaksiyalara səbəb olmuş, sənətkarın ailə üzvləri, yaxınları və çox sayda pərəstişkarları tərəfindən qınanmışdı.  Yaranmış ictimai reaksiyalardan sonra Şərif Ağayar mövqeyinə aydınlıq gətirərək üzrxahlıq mətni yayımlayıb. Yazıçı bildirib ki, qalmaqallı statusunda məqsədi heç vaxt Rəşid Behbudovu və ya onun sənətini aşağılamaq olmayıb:

“Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm.

Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam. Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar”.

Rəşid Behbudovun qızı Rəşidə Rəşid isə musavat.com-a açıqlamasında yazıçının üzrünü qəbul etmədiyini bildirib və sərt mövqe nümayiş etdirib:

“Açığını deyim, yalan danışdığı üçün onu bağışlamıram. Bu, ürəkdən deyil. Mən həmişə həqiqət uğrunda mübarizə aparmışam və indi başa düşürəm ki, o, ilk çirkli əsərlərini atam və muğamımızın qaranlıq ruhundan təhqir olunması haqqında yazıb. Buna görə də onun üzrləri yalandır. Və mən şəxsən onları qəbul etmirəm. Qalanına Azərbaycan ictimaiyyəti qərar versin”. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri