DİN: Toy karvanında yola pul səpilməsi ilə bağlı əmələ hüquqi qiymət veriləcək FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi Qubada toy karvanında bəzi sürücülərin avtoxuliqanlıq etməsi və yola pul səpməsi ilə bağlı görüntülər yayılıb.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər araşdırılır.
O qeyd edib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək:
“İstər toy karvanlarında, istərsə də digər hallarda qaydaları pozan, digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücülər barəsində inzibati xəta tərkibi üzrə protokollar tərtib olunur və qanunvericiliyə uyğun tədbirlər görülür”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Baxış sayı:101
Bu xəbər 14 Noyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















