DİN vətəndaşlara göstərdiyi elektron xidmətlərdə yeni mərhələyə keçid edir VİDEO
Icma.az, Sia Az saytına istinadən bildirir.
Vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri daim təkmilləşdirir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş Məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq “E-Polis” mobil tətbiqində və “e-xidmet.mia.gov.az” portalında “Məhkumluq haqqında arayış”ı elektron qaydada, cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür.
Əvvəllər bu arayışı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə indiyədək təqribən 1 günə alınan arayışın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür.
Qeyd edilib ki, yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır.
"Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda, vətəndaş məmnunluğunu artıran faydalı yenilikləri tətbiq etməkdə davam edir",- deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 04 Noyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















