Icma.az
close
up
RU
Din xadimləri forumunda Azərbaycan multikulturalizminə dair panel müzakirə keçirilib

Din xadimləri forumunda Azərbaycan multikulturalizminə dair panel müzakirə keçirilib

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Din xadimlərinin forumunda "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib.

"Report" xəbər verir ki, panel Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə baş tutub.

R.Həsənov söyləyib ki, Azərbaycanda antisemitizmin olmadığına inanmayanlar var:

"Bəzən xarici ölkələrdən Azərbaycana gələnlər sual edirlər ki, necə ola bilər, əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlətdə digər dini icmalarla problemlər yaşanmır. Düşünürlər ki, biz nəyi isə gizlədirik. Halbuki, həqiqətən də, Azərbaycanda bütün dini icmalar əmin-amanlıq içərisində yaşayırlar. Kilsələri və sinaqoqları silahlı şəxslər deyil, xalq özü qoruyur".

Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin fikrincə, Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib.

"Bu harmoniya bizi ən tolerant ölkələrdən biri kimi tanıdıb. Dördmərtəbəli yəhudi dini mərkəzinin tikintisi başa çatmaq üzrədir. Bu mərkəzin tikintisinin bütün maliyyəsi dövlət hesabına təmin edilir", - deyə M.Yevdayev əlavə edib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə isə bildirib ki, hazırkı cəmiyyət üçün elmdən ideologiyaya, eyni zamanda ideologiyadan elmə qatqılar vacibdir:

"İdeoloji təhlükələrə hazır olmaq üçün tək dövlətin fəaliyyəti ilə kifayətlənmək effektiv deyil. Mədəni birləşmə, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənəsinin dünyaya çatdırılması önəmli faktorlardır".

Müzakirələrdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri yepiskop Aleksiy Smirnov da iştirak ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Dekabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri