Fransada etiraz aksiyaları davam edir: ölkə yeni kütləvi etiraz dalğası ilə üz üzədir
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransada sosial narazılıq səngimək bilmir. Noyabrın 5-də ölkənin müxtəlif şəhərlərində həmkarlar ittifaqlarının çağırışı ilə genişmiqyaslı etiraz aksiyaları və tətil nümayişləri keçirilir. Əməkhaqlarının artırılması, yaşayış xərclərinin azaldılması, sosial təminatın qorunması və dövlət xidmətlərinin maliyyələşdirilməsinin yaxşılaşdırılması etirazçıların əsas tələbləri sırasındadır.
“Reuters” agentliyinin yaydığı məlumata görə, Fransada yüz minlərlə insanın nümayişlərə qatılacağı gözlənilir. Etirazlar Prezident Emmanuel Makron hökuməti üçün ciddi sınaq hesab olunur. Xüsusilə oktyabr ayında baş vermiş iğtişaşlar və qarət hadisələrindən sonra hakimiyyət yeni qarşıdurmaların qarşısını almağa çalışır.
Fransanın aparıcı həmkarlar ittifaqları, o cümlədən CGT təşkilatı və tələbə birlikləri əhalini aksiyalara qoşulmağa çağırıblar. Narazılıq təkcə əməkhaqları ilə məhdudlaşmır. Təhsil sistemindəki problemlər, dövlət sektorunda iş şəraiti, məşğulluq imkanlarının azalması və gənclərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik də etirazların əsas səbəblərindəndir.
“Le Monde” qəzetinin noyabrın 5-də dərc etdiyi canlı məlumatlara əsasən, ölkə üzrə 244 nümayişin keçirilməsi planlaşdırılıb. Dəmir yolu nəqliyyatında, təhsil müəssisələrində və digər ictimai xidmət sahələrində fəaliyyətin pozulacağı gözlənilir.
Fransa hakimiyyəti mümkün iğtişaşların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Daxili işlər naziri Laurent Nuñezin açıqlamasına görə, aksiyalar zamanı ölkə üzrə 70 min polis və jandarm əməkdaşı səfərbər ediləcək. Parisdə isə nümayişçilərin Respublika meydanından Nation meydanına qədər yürüş keçirməsinə icazə verilib.
Müşahidəçilərin diqqətini çəkən məqam ondan ibarətdir ki, Fransada sosial narazılıq artıq ayrı-ayrı peşə qruplarının tələblərini aşaraq daha geniş ictimai narazılıq müstəvisinə keçib. Qarşıdan gələn prezident seçkiləri ərəfəsində bu etirazların siyasi proseslərə necə təsir göstərəcəyi də maraq doğurur.
Nadilqızı
XQ
Baxış sayı:115
Bu xəbər 05 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















