Icma.az
close
up
RU
Din xadimlərinin bilikli və vətənpərvər olması çox vacibdir

Din xadimlərinin bilikli və vətənpərvər olması çox vacibdir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Prezidentin İslam dünyasında Azərbaycanın nüfuzunun artması, ölkəmizin rolunun böyüməsi ilə bağlı fikirləri olduqca önəmlidir. Xüsusilə, Azərbaycandakı dini dözümlülük və tolerantlıq mühiti vurğulanıb. Müsəlman dünyasında baş verən qarşıdurmalar və təlatümlər fonunda xalqımızın nümayiş etdirdiyi vəhdət nümunəvi hal kimi qiymətləndirildi”.
Bunu ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bu birliyin bir neçə əsas səbəbi var:
“Həm dövlət siyasətindəki balans, həm də cəmiyyətin mədəni səviyyəsi imkan verir ki, xalqımız öz kökünə və gələcəyinə daha inamla yanaşsın. Xüsusilə dini təhsilin düzgün istiqamətdə aparılması, ilahiyyat fakültələri və dini universitetlərdə yetişən gənclərin bu sahədə vəhdətə xidmət etməsi bu uğurun əsas sütunlarındandır. Bugünkü minbərdə çıxış edən gənclərin əksəriyyəti artıq milli ruhda, ana dilimizdə təhsil almış, xalqın dəyərlərinə bağlı şəxslərdir. Onların verdiyi dərslər, söylədikləri xütbələr insanlar arasında daha dərin anlaşma və birlik yaradır. Bu istiqamətdə illər əvvəl başlanmış işlərin bu gün real nəticəsini görmək sevindiricidir. Digər tərəfdən, cəmiyyətin müxtəlif təbəqələrində yazıçılardan tutmuş din xadimlərinədək bu vəhdətin qorunması və təşviqi istiqamətində fəaliyyət göstərən kifayət qədər dəyərli insanlarımız var”. 
İlahiyyatçı əlavə edib ki, dövlətin dəstəyi ilə bu cür fəaliyyətlər cəmiyyət tərəfindən dəstəklənir:
“Bu birlik, şübhəsiz ki, Qarabağ zəfərində də özünü göstərdi. O dövrdə heç kim kiminsə hansı məzhəbdən olduğunu soruşmurdu,xalq bir yumruq kimi birləşmişdi. Bu vəhdət ruhunu indi də qoruyub saxlamalıyıq. Unutmayaq ki, tolerantlıq və dini dözümlülük təkcə müsəlmanlar arasında deyil, ölkəmizdə yaşayan digər dini icmalar üçün də əsas prinsipdir. Azərbaycanda sinaqoqlardan kilsələrə qədər müxtəlif ibadət yerləri var və onlara hörmətlə yanaşılır. Bu isə dünyada az rast gəlinən bir təcrübədir. Prezidentin bu məsələyə verdiyi önəm və çıxışları, milyonlarla insanın qəlbinə toxundu. Bu dəyəri qorumaq hər birimizin vətəndaşlıq borcudur. Gənc nəslin formalaşmasında, onların düzgün maarifləndirilməsində xüsusilə yerli dini xadimlərin bilikli və vətənpərvər olması çox vacibdir. Çünki gənclərin beyni ağ səhifə kimidir ora nə yazılsa, silinməsi çətin olur”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri