Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini ümumi prioritet adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Dan Nekulesku Türkiyənin xarici işlər naziri Hakan Fidanla ilk telefon danışığının yekunlarına əsasən bildirib.
"Bizim geniş ikitərəfli gündəliyimiz var və ortaq prioritetimiz var - bu, Qara dənizdə təhlükəsizliyin təmin edilməsidir. Ticarət gəmilərinə hücumlar yolverilməzdir. Qara dəniz üzrə müttəfiqlər olaraq birlikdə hərəkət etməliyik", - Nekulesku "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər NATO çərçivəsində əməkdaşlığı gücləndirmək və Bolqarıstanla üçtərəfli danışıqları aktivləşdirmək niyyətindədirlər.
"Qara dənizdəki hadisələr bütün ölkələrə təsir edir. Rumıniya və Türkiyə regionun sabitliyi və qarşılıqlı əlaqəsi naminə əməkdaşlığı gücləndirəcək", - rumıniyalı nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Oktyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















