Dinamo Kiyev i Bakıda neçə azarkeş dəstəkləyəcək?
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Konfrans Liqasının 3-cü mərhələsinin cavab görüşü çərçivəsində avqustun 13-də "Qarabağ"ın qonağı olacaq "Dinamo Kiyev" Azərbaycanda dəstəksiz qalmayacaq.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib:
"Rəqib komanda bu gün Bakıda gəlir. Ukrayna təmsilçisi "Hilton" otelində məskunlaşacaq. "Dinamo"nu dəstəkləməyə çox azarkeş gəlməyəcək. Səhv etmirəmsə, stadionumuzda onların 50-yə yaxın tərəfdarı olacaq. Matçı tribunalardan neçə rəqib azarkeşin izləyəcəyi təbii ki, oyun günü dəqiq bilinəcək".
Qeyd edək ki, "köhlən atlar" Polşada reallaşan ilk qarşılaşmada 0:1 hesabı ilə uduzublar. "Qarabağ" - "Dinamo Kiyev" dueli avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. Bu cütün güclüsünün pley-offdakı rəqibi "Tvente" (Niderland) – "Dunayska Streda" (Slovakiya) cütünün qalibi olacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 11 Avqust 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















