“Dinamo“nun baş məşqçisi: “Qarabağ“ bütün imkanlarından istifadə etdi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Qarabağ" bütün imkanlarından istifadə etdi və bu, oyuna təsir etdi".
Moderator.az xəbər verir ki, bunu Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis oyunu belə dəyərləndirib:
"İkinci hissədə oyunda üstünlüyü ələ keçirdik. 3 şansımız var idi, amma alınmadı. Şans bizimlə olmadı. Komanda ilk dəqiqələrdə daha aqressiv oynayırdı. Biz çalışırdıq ki, topu nəzarətdə saxlayaq. Burada daha çox Ponomarenkoya söykənirdik ki, top bizdə qalsın. Oyun zamanı müəyyən məqamlarda rəqibin pressinqi ilə də qarşılaşırdıq. Buna baxmayaraq, əlimizdən gələni edirdik ki, oyuna nəzarət bizdə qalsın".
Qeyd edək ki, iki oyunun nəticəsinə görə "Qarabağ" pley-off-a vəsiqə qazanıb - 2:1.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Avqust 2026 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















