Icma.az
close
up
RU
Bu ölkələrdən İsraillə ağır zərbə

Bu ölkələrdən İsraillə ağır zərbə

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Serbiya İsraillə geniş əməkdaşlığına və idxal fəaliyyətlərinə son qoymağı hədəfləyir.

2024-cü ildən bəri müxtəlif siyasi problemlərlə üzləşən Serbiya hökumətinin yerini bu il tələbələr tərəfindən yaradılan "Tələbə siyahısı"nın nümayəndələri ilə əvəz olunması nəzərdən keçirilir.

“Cebheinfo.a” xəbər verir ki, Serbiyadakı “Tələbə siyahısı”, 2024-cü ilin sonlarında Novi Sadda qatar stansiyasının damının uçması və 16 nəfərin ölümündən sonra hökumət əleyhinə etirazlarla məşhurlaşan tələbə hərəkatının siyasi birləşməsidir.

25 oktyabr 2026-cı ildə keçirilən erkən ümumi seçkilərdə 250 yerlik parlamentdə 140 yer qazanan “Tələbə siyahısı” səs çoxluğu ilə hökuməti formalaşdırmaq hüququ qazandı.

Hökuməti ələ keçirmə prosesində iştirak edən “Tələbə siyahısı”nın nümayəndəsi Filip Uboviç bir verilişdə ölkələrinin İsrail ilə əməkdaşlığına müsbət baxmadıqlarını bildirib.

Uboviç iki ölkə arasında silah ticarətinə son qoyulması tələblərini bildirib:

“Orada baş verənlər bəşəriyyətin vicdanında ləkədir və həqiqətən kədərlidir. Platformamızda İsraillə silah ticarətinə son qoyacağımız açıq şəkildə bildirilir”.

Ukraynada yerləşən “Militarnyi” xəbər agentliyinin məlumatına görə, “Tələbə siyahısı”nın idarəetmə proqramına Serbiyanın sentyabr ayında İsrail müdafiə şirkəti “Elbit Systems” ilə birgə PUA (pilotsuz uçuş aparatı) istehsalı müəssisəsi üçün bağlamağı planlaşdırdığı müqavilənin ləğvi daxildir.

Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiçin prezidentliyi dövründə bağlanan müqavilədə “Elbit Systems”in PUA istehsalı müəssisəsində 51 % çoxluq payına sahib olacağı, qalan səhmlərin isə Serbiyanın dövlətə məxsus silah istehsalçısı SDPR-ə məxsus olacağı nəzərdə tutulurdu.

“Elbit Systems” 2024-cü ilin noyabr ayında adı açıqlanmayan bir Avropa müştərisi ilə PULS ÇNRA təchizatı üçün müqavilə imzaladığını açıqlayıb.

Sözügedən müştərinin Serbiya olduğu iddiaları, 2025-ci ilin sentyabr ayında Belqradda keçirilən "Birlik Qüvvəsi 2025" hərbi paradının məşqləri zamanı Serbiya kamuflyajına boyanmış PULS sisteminin aşkarlanması ilə konkret dəstək qazandı.

Müqavilələrdə 335 milyon dollar dəyərində birinci müqavilənin tədarükünün 3,5 il ərzində, 1,635 milyard dollar dəyərində ikinci müqavilənin isə beş illik cədvələ uyğun olaraq yerinə yetiriləcəyi nəzərdə tutulur.

Lakin, administrasiyada mümkün dəyişiklikdən sonra hakimiyyətə gəlməsi gözlənilən “Tələbə siyahısı”nın İsrail ilə imzalanmış və tədarük prosesi hələ başa çatmamış müdafiə tədarükü müqavilələri ilə bağlı hansı siyasət yürüdəcəyi hələ də məlum deyil.

İsrail-Qəzza müharibəsindən sonra bəzi ölkələr, əsasən də Türkiyə, İsrail ilə ticarət və hərbi münasibətlərinə son qoymaq üçün addımlar atdı.

Türkiyə 2024-cü ilin may ayından etibarən bütün məhsul qruplarında İsraildən ixrac və idxalı dayandırdı, İspaniya isə Fələstin ərazilərinin işğalının genişlənməsi və Qəzzada hərbi əməliyyatların artması səbəbindən mövcud təchizat müqavilələrini ləğv etmək qərarına gəldi.

Bu kontekstdə İspaniya 2025-ci ilin iyun ayında İsrail şirkətinin lisenziyası əsasında 168 Spike LR2 tank əleyhinə raketinin istehsalına dair müqaviləni ləğv etdi.

Bundan əlavə, 2025-ci ilin sentyabr ayında hökumət “Rafael” ilə 45 LITENING-5 hədəf və naviqasiya kapsulunun tədarükü üçün 207 milyon avroluq müqaviləni ləğv etdi.

2025-ci ilin oktyabr ayında “Elbit Systems” ilə 700 milyon avroluq ÇNRA tədarükü müqaviləsindən çıxdığını elan etdi.

Digər tərəfədn İtaliya 7 oktyabr 2023-cü ildən sonra İsrail ilə müdafiə ticarətinə məhdudiyyətlər tətbiq edən ölkələr arasında idi. İtaliya hökuməti yeni silah ixracı lisenziyalarını dayandırdığını və bu tarixdən sonra imzalanan müdafiə müqavilələrinin tətbiq olunmayacağını açıqladı.

Almaniya 2025-ci ilin avqust ayında Qəzzada istifadə edilə biləcək silah və hərbi texnikanın ixrac icazələrini dayandırdı.

Baş nazir Fridrix Merz qərarın İsrailin Qəzzada hərbi əməliyyatları genişləndirmək planına cavab olduğunu bildirdi.

Lakin Berlin hökuməti sözügedən məhdudiyyəti 24 noyabr 2025-ci il tarixindən etibarən ləğv edəcəyini açıqladı.

2025-ci ilin sentyabr ayında Filippin müdafiə naziri Gibo Teodoro İsrail ilə yeni müdafiə müqavilələri bağlamağı planlaşdırmadıqlarını bildirmişdi.

Bu arada, Norveç hökuməti 2024-cü ilin iyun ayından bəri qüvvədə olan silah ixracı məhdudiyyətlərini davam etdirərək İsrailə Norveç istehsalı olan silahların satışını qadağan etdi. Hökumət həmçinin məhdudiyyətlərin hərbi sursat və ikili təyinatlı məhsulları əhatə etdiyini açıqladı.

Digər tərəfdən, İsrailə qoyulan məhdudiyyətlər səbəbindən diqqət mərkəzində olan digər bir ölkə olan Niderland, İsrail müdafiə şirkətlərinin keçən il Rotterdamda keçirilən NEDS müdafiə sərgisində iştirakına mane oldu.

Təşkilatçılar qərarın "təhlükəsizlik və təşkilati" səbəblərə əsaslandığını bildirsələr də, sərgidə iştirak etmək üçün müraciət edən dörd İsrail şirkətinin müraciətlərini rədd etdilər.

21 avqust 2025-ci ildə ictimaiyyətə açıqlanan qərar, Qəzzada müharibənin başlanğıcından bəri Hollandiya hökumətinin ümumi ixrac lisenziyası altında heç bir hərbi məhsul göndərmədiyini açıqlamasından sonra verildi. 

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri