Icma.az
close
up
RU
Dinc əhaliyə qarşı kütləvi qətliam

Dinc əhaliyə qarşı kütləvi qətliam

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Xocalı soyqırımının törədilməsindən 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qətliam törətdi. 600-dən çox insan, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirildi. Bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, təxminən 30 il sonra Azərbaycan ədaləti bərpa etdi. Biz torpaqlarımızı, o cümlədən Xocalını azad etdik və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin həm haqlı, həm də qaçılmaz olduğunu sübut etdik. Lakin həqiqi sülh yalnız dinc əhaliyə qarşı hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar ədalət qarşısına çıxarıldıqda mümkündür. Tarix artıq bizə göstərib ki, beynəlxalq ictimaiyyət insanlığa qarşı cinayətlərdə günahkar olanları layiq olduqları məsuliyyətə cəlb edə bilər. İkinci Dünya Müharibəsindən sonra nasist Almaniyasının liderləri beynəlxalq məhkəmədə – Nürnberq prosesində əməllərinə görə cavab verdilər. Bu, ədalətin bərpasının və bütün dünya üçün bir dərsin simvolu oldu: kütləvi qırğınlar və etnik təmizləmələr heç vaxt cəzasız qalmayacaq. Azərbaycan eyni yanaşmanın erməni tərəfinin törətdiyi hərbi cinayətlərə də tətbiq olunmasını tələb edir. 30 ildən çox müddət ərzində xalqımız işğal, etnik təmizləmə, şəhər və kəndlərin dağıdılması, eləcə də Xocalıdakı kimi dəhşətli qırğınlar yaşadı. Bu gün torpaqlarımız azad edildikdən sonra biz dinc əhaliyə qarşı törədilən vəhşiliklərə əmr verənlərin və iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasına çalışmalıyıq.
Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfər ədalətin tarixi qələbəsi oldu. Şəhərlərimiz, o cümlədən Xocalı azad edildi və Azərbaycan Dövlət Bayrağı həmin torpaqlarımız üzərində yenidən ucaldıldı. Qürurla deyə bilərik ki, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Lakin bu, ədalətin yalnız bir hissəsidir. Tam ədalət yalnız o zaman əldə olunacaq ki, Azərbaycan xalqına qarşı cinayətlər törədənlər məhkum edilsin və cəzalandırılsın. Əgər qəddarlıq və şər layiqincə qınanmaz və cəzalandırılmazsa, bu hallar zamanla normal qəbul edilə və cəmiyyətlərdə daha da dərin kök sala bilər. Tarix də dəfələrlə təsdiqləyib ki, cinayətlərin cəzasız qalması cinayətkarları daha da cəsarətləndirir və başqalarını da oxşar vəhşiliklərə sövq edir. Ədalətsizlik olduğu təqdirdə təhlükəli bir presedent yaranır və zorakılıq məqsədlərə çatmaq üçün məqbul vasitə kimi qəbul edilir. Beynəlxalq ictimaiyyət bu hərəkətlərə dəqiq və birmənalı qiymət verməlidir. Xocalı soyqırımının tanınması artıq bir çox ölkələrdə baş verib, lakin bu iş davam etdirilməlidir. Yalnız cinayətkarları cəzalandırmaqla davamlı və dayanıqlı sülh təmin edilə bilər. Əks halda, qlobal insan haqları sisteminə inam və bəşəriyyətin bu cür faciələrdən qorunması ilə bağlı ümidlər sarsılacaq.
“Azərbaycan keçmişin ağrılarını necə dəf etməyin bir nümunəsini təqdim edir. Təkcə torpaqlarımızı azad etməklə kifayətlənməyib, eyni zamanda separatçı rejimin təmsilçilərini də həbs edərək ədalət mühakiməsinə çıxarıb. Onların arasında Xocalı soyqırımında iştirak etmiş cinayətkarlar da var. Amma Xocalı qətliamının təşkilatçılarından hələ də azadlıqda olanlar da var. Biz inanırıq ki, Robert Köçəryan, Serj Sarkisyan kimi Xocalı qatilləri də gec-tez ədalət mühakiməsi qarşısına çıxarılacaq!”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri