Icma.az
close
up
RU
Suriya dinc həyata qayıdır

Suriya dinc həyata qayıdır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ərdoğan İslam dünyasını bu ölkəyə dəstək verməyə çağırdı

Suriyanın yeni hakimiyyəti ölkədə vəziyyəti sabitləşdirmək üçün mühüm addımlar atır. Bu addımlar əsasən ölkədə ictimai-siyasi sabitlik yaradılmasını, ordu quruculuğunu, sosial-iqtisadi vəziyyətin normallaşdırılmasını əhatə edir. Təkcə daxili deyil, xarici siyasət sahəsində də ciddi təşəbbüslər irəli sürülməkdədir.

Dünən Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ölkəsinin regionun ərəb ölkələri ilə fəal əməkdaşlıq qurmaq niyyətində olduğunu açıqlayıb. “Anadolu”nun məlumatına görə, əl-Şibani X platformasındakı paylaşımında əlaqələrin normallaşdırılması üçün Türkiyənin xarici işlər naziri Hakan Fidan, eləcə də Küveyt, Bəhreyn və Livanın xarici işlər nazirləri ilə telefon danışığı apardığını bildirib.

O, Qətər və Liviyadan olan nazirlərlə də söhbətlər etdiyini, Suriyanın bu ərəb ölkələri ilə dərin əlaqələr yaratmasının böyük önəm daşıdığını vurğulayıb. Əl-Şibani qeyd edib ki, yaxın gələcəkdə ərəb ölkələri ilə bütün sahələrdə fəal əməkdaşlıq ediləcək, Suriya xalqının ümid və gözləntilərinin reallaşdırılması üçün qonşu dövlətlərlə əməkdaşlıq gücləndiriləcək.

Suriyada yeni hakimiyyətin möhkəmlənməsi, eləcə də vəziyyətin sabitləşməsi üçün böyük dəstək göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkənin gələcəyinə ümidlə baxdığını bildirib. “Suriya xalqı öz ölkəsini kütləvi qatillər icmasının pəncəsindən azad etdi. Suriyalılar ilə bütün etnik, konfessional və dini qrupları ilə birlikdə gələcəklərini özləri müəyyən edəcəkləri yola qədəm qoyublar”, – deyə dövlət başçısı bildirib.

Prezident Ərdoğan ərəb və İslam dünyası ölkələrini “başqa dövlətlərə nümunə olmağa, Suriyanın yenidən qurulmasına rəhbərlik etməyə” çağırıb. O, Türkiyənin də 13 ildən bəri tərk etmədiyi suriyalı qardaş-bacılara hərtərəfli dəstəyini davam etdirəcəyini söyləyib.

Türkiyə lideri ölkəsinin PKK terror təşkilatının fəaliyyətinə son qoymaqda qətiyyətli olduğunu bir daha təsdiqləyib: “Bizimlə kürd qardaşlarımız arasında qanlı divar hörməyə çalışan PKK terror təşkilatını məhv edəcəyik. Qarşıdakı dövrdə dövlətimizin sərəncamında olan bütün vasitələrdən istifadə edərək öz məqsədimizə - terrorsuz Türkiyəyə nail olacağıq”.

Türkiyənin Milli Müdafiə Nazirliyi son günlərdə Suriyada və Şimali İraqda 20-dən çox terrorçunun zərərsizləşdirildiyini açıqlayıb: “Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyatları zonasında hücuma hazırlaşan 20 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) və İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı zonasında isə bir PKK terrorçusunu zərərsizləşdirib”.

Dünən Suriya Milli Ordusu qüvvələrinin də PKK/YPG terror təşkilatının yaraqlılarına qarşı mübarizəni davam etdirdiyi barədə məlumat yayılıb. Bildirilib ki, dekabrın 9-da “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Mənbici terrorçulardan azad edən qüvvələr şəhərin cənub-şərqində yerləşən Tişrin bəndi ərazisində PKK/YPG silahlılarını zərərsizləşdirmək üçün fəaliyyətini davam etdirir.

Yeni hakimiyyətin ölkədə sabitlik yaratmaq üçün çalışdığı bir vaxtda sabiq dövlət başçısı Bəşər Əsəd tərəfdarları etiraz aksiyalarına başlayıblar. Bu aksiyalarda əsasən ələvilər fəallıq göstərirlər. Son məlumatlara görə, Suriyanın Tartus, Latakiya, Cəbla və Homs şəhərlərində yaşayan dini azlığın – ələvilərin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarla müşayiət olunan etiraz aksiyaları keçiriblər. Tartus limanında sakitliyi bərpa etmək üçün cəlb olunmuş bir qrup polis əməkdaşı ələvilər tərəfindən pusquya salınaraq amansızcasına qətlə yetirilib.

Hakimiyyət buna cavab olaraq ərazidə komendant saatı elan edib və keçmiş prezident Bəşər Əsəd tərəfdarlarını iğtişaşları qızışdırmaqda ittiham edib. Yeni hakimiyyətin Hərbi Əməliyyatlar Departamentindən verilən məlumata görə, xüsusi rejim axşamdan başlayaraq gecə boyu davam edəcək.

Daxili işlər naziri Məhəmməd Əbdürrəhman Tartus şəhəri ətrafında 14 polis əməkdaşının öldürüldüyünü təsdiqləyib. SANA agentliyinin məlumatına görə, onlar Əsəd tərəfdarı olan keçmiş hərbçilər tərəfindən pusquya salınıblar.

Ölkə əhalisi isə Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya xalqının rahat nəfəs aldığını bildirir. Suriyalı xristian ana Mehe son 13 ilin bütün suriyalılar üçün çox çətin olduğunu vurğulayıb. Müharibə, bombardmanlar, terror, qorxu, ehtiyac və çatışmazlıqlar, digər hadisələr insanların gələcəyə inamını xeyli sarsıtmışdı. Bu dövrdə suriyalılar dağıdılmış, viran qoyulmuş ölkədən köç etməyə məcbur ediliblər. Mehe deyir ki, onun universitet məzunu olan iki oğlu Əsəd rejiminin zülmündən xilas olmaq üçün xaricə getməyə məcbur olublar. Onlardan biri həyatını rejimin hədələrindən qorumaq üçün İraqa gedib. İkinci oğlu da, beləcə, ölkəni tərk edib. O, 13 ildir ki, Hələbdəki evlərində əri ilə birlikdə yaşayır. Bu illər ərzində ana övladlarını xatırladan fotoşəkillərlə yaşayıb, onlarla təsəlli tapıb.

İndi ölkədə 61 il davam edən Bəəs rejiminin devrilməsi ailədə oğullarına qovuşmaq ümidi yaradıb. Mehe və əri övladlarının vətənə qayıtmasını səbirsizliklə gözləyirlər.

Bu gün onun ailəsi, eləcə də Suriyanın bütün xristian əhalisi Milad və Yeni il bayramlarını rahatlıqla, azad şəkildə qeyd edirlər. Bunun üçün onlar evlərində yeni başlanğıcı simvolizə edən yolka ağacı bəzəyir, ölkənin xoşbəxt gələcəyinin qurulması üçün dualar edirlər.

Suriyalı qaçqınların evlərinə qayıdışı da davam edir. “TRT Haber”in verdiyi məlumata görə, son 15 gündən artıq müddətdə 30 mindən çox suriyalı Türkiyədən öz ölkələrinə qayıdıb. Ümumilikdə 2017-ci ildən etibarən 764 minə qədər suriyalının könüllü şəkildə ölkəsinə qayıtdığı bildirilir.

Paşa ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri