Icma.az
close
up
RU
DİNdə Zəfər Gününə həsr olunmuş təntənəli mərasim olub FOTO Doğru Xəbərlər

DİNdə Zəfər Gününə həsr olunmuş təntənəli mərasim olub FOTO Doğru Xəbərlər

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daxili İşlər Nazirliyində (DİN) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.

Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev tariximizə qızıl hərflərlə yazılan müqəddəs Qələbəni, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsini xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə ünvanladığı təbriklərini çatdırıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov ölkə Prezidentinin davamlı səyləri ilə yaradılan güclü hərbi potensialın qarşımızda duran müqəddəs missiyanın layiqincə yerinə yetirilməsində öz töhfəsini verdiyini vurğulayıb.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin ayrılmaz hissəsi olan Daxili Qoşunların hərbi qulluqçuları Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən savaşında da misilsiz şücaət və hünər göstərərək Ali Baş Komandanın etimadını, xalqımızın inamını doğrultdular. Torpaqlarımızın işğaldan azad olunması zamanı şəxsi heyətdən 66 nəfər şəhidlik zirvəsinə ucaldı, 346 nəfər yaralandı, ölkə rəhbəri tərəfindən 4 hərbi qulluqçu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü, minlərlə hərbi qulluqçumuz isə orden və medallarla təltif olundu.

Daha sonra Vətən müharibəsində qazanılan Qələbənin suverenliyimizə gedən yolun başlanğıcı olduğunu qeyd edən natiqlər ərazi bütövlüyümüzü təhdid edən, Xankəndidə yuva salmış terrorçu ünsürlərin, eləcə də Ermənistan sılahlı qüvvələrinin zərərsizləşdirilməsi istiqamətində Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının iştirakı ilə keçirilən lokal xarakterli antiterror tədbirlərinin dünya hərb tarixində analoqu olmadığını qeyd ediblər.

Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən “Şanlı Zəfərimiz əbədidir” sənədli filmi nümayiş olunub.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://dogru.az
archiveBu xəbər 08 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see199

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see184

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see168

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see150

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see140

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see140

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see137

Qızı şikayət etdi, Sabirabadda direktor işdən çıxarıldı

01 Noyabr 2025 10:59see135

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see133

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see129

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see127

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see127

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see126

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see126

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see126

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see126

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see123

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see122

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri