Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Dini dəyərlər manipulyasiyadan qorunmalıdır

Dini dəyərlər manipulyasiyadan qorunmalıdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi


Azərbaycan dövləti bu sahədə ardıcıl və balanslı siyasət yürüdür



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə bu günlərdə Şamaxıda keçirilən “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans cəmiyyətə vacib mesajların ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan cəmiyyətinin çox konfessiyalı, müxtəlif dini və etnik qrupların vahid orqanizm şəklində birləşdiyini nəzərə alsaq, dini etiqad azadlığının nə dərəcədə mühüm olduğu təsdiqini tapır. Azərbaycan hazırda dünyaya tolerantlıq, milli-dini-etnik dözümlülüyün ən yüksək nümunəsini əyani olaraq təqdim edir. Tolerantlıq mühitinin formalaşmasında təbii ki, medianın da rolu danılmazdır. 3 əsrlik kökləri üzərində dayanan mediamızda dözümlülük, müxtəlif xalqlara, etnik qruplara, ayrı-ayrı dinlərə daim hörmətlə yanaşılıb, insanların dini etiqadı, fərqli baxışları anlayışla qarşılanıb. Müxtəlif fikirlərin yer alması üçün mühüm platformaya çevrilib. Bu reallıq sözügedən konfransın gedişində də özünü büruzə verib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbərliyi, Milli Məclisin deputatı, ilahiyyatçılar, din xadimləri, həmçinin 30-dan çox mətbuat nümayəndəsi iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov vurğulayıb ki, Azərbaycanda müxtəlif dini konfessiyalar bir arada mehriban yaşayır, harmonik cəmiyyət qurulub. Ölkəmizin son illərdə atdığı addımlar ümumilikdə humanizm nümunəsidir. Milli Mətbuat Günü münasibətilə media mənsublarına təbriklərini çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev milli mətbuatı cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında əvəzsiz vasitə kimi qiymətləndirirdi. Ümummilli Liderin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən institusional islahatlar mühüm əhəmiyyət daşıyır. Komitə sədri bildirib ki, müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm də vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər, rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, məzhəbçilik üzərindən nifaq salmaq cəhdləri barədə də danışan Ramin Məmmədov qeyd edib ki, texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması həm yeni imkanlar, həm də yeni risklər yaradıb. Bu gün din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur. Dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların, bəzi dövlətlərin əlində ideoloji silaha çevrilərək müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə edilir. Komitə sədri vurğulayıb ki, dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur. Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında medianın və dini qurumların qarşılıqlı etimad əsasında əməkdaşlıq etməsinin vacibliyini qeyd edərək, belə tədbirlərin ictimai dialoqun inkişafına və cəmiyyətdə dini tolerantlığın möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. R.Məcid, həmçinin vurğulayıb ki, Azərbaycan mətbuatının uzun illərdən bəri əsas qayəsi cəhalətə və xurafata qarşı mübarizə aparmaq olub və indi də jurnalistlərin bu missiyası davam edir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova bildirib ki, Azərbaycan mediası son 150 ildə maarifləndirmə, milli kimlik və söz azadlığının təmin edilməsində mühüm rol oynayıb. O, 44 günlük Vətən müharibəsində medianın qəhrəmanlığını və dezinformasiyalara qarşı mübarizəsini xüsusi vurğulayıb. Deputat söyləyib ki, Azərbaycan mətbuatı beynəlxalq səviyyədə rəqabətə davamlıdır və yeni çağırışlara cavab verməyə qadirdir. Zəfərdən sonra yaranan yeni reallıqlarla yanaşı, bəzi təhdidlər dini müstəvidə özünü göstərir. Bu səbəbdən, media din sahəsində maarifləndirmədə fəal rol oynamalı, jurnalistlər isə bu sahədə ixtisaslaşmalıdır. Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, müasir informasiya mühitində dini etiqad azadlığının qorunması və düzgün təqdim olunması cəmiyyətin mənəvi sabitliyi üçün vacibdir. Azərbaycan dövləti bu sahədə ardıcıl və balanslı siyasət yürüdür, dini savadlılığın və sağlam informasiya axınının təşviqinə xüsusi önəm verir. Sosial media dövründə dini mövzuların peşəkar və məsuliyyətli şəkildə təqdim olunması media qurumlarının əsas vəzifəsidir. Dini dəyərlərin manipulyasiyadan qorunması və milli-mənəvi dəyərlərin təbliği üçün media və dini qurumlar birgə fəaliyyət göstərməlidir. İnformasiya və dini etiqad azadlığı bir-birini tamamlayan dəyərlərdir və bu sahədə uğurlu Azərbaycan modeli formalaşıb. Konfrans işini panel sessiyalarla davam etdirib. Konfrans iştirakçıları dini dəyərlərin manipulyasiyadan qorunmasının vacibliyini vurğulayıblar. Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov həmçinin Ağsu şəhərindəki dini ibadət yerlərini ziyarət edib, məscidlərin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə söhbət edib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət-din münasibətlərinin ən yaxşı nümunələrindən biri formalaşdırılıb. Bu model dini etiqad azadlığının təmin olunması, konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi prinsiplərinə, tolerantlıq və multikulturalizm ənənələrinə əsaslanır. 


Şamaxıda keçirilən konfransın əhəmiyyətindən danışan ilahiyyatçı Hacı Atif İsmayılov Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu cür tədbirlər ölkəmizdə dini etiqad azadlığının dövlət səviyyəsində himayə olunduğunu göstərir: 

seeBaxış sayı:272
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyul 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri