Icma.az
close
up
RU
Milli və dini dəyərlər fonunda Azərbaycan

Milli və dini dəyərlər fonunda Azərbaycan

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan həm dini, həm də milli-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, bu dəyərlərimiz ən azı duz-çörək qədər hamımıza əzizdir. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı var etdiyi, əsrlərdir yaşatdığı və gənc nəsillərə təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.

Uzun illər boyu aparılan tədqiqatlar, araşdırmalar qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu qoruyub saxladığını üzə çıxarır, necə deyərlər atadan oğula, oğuldan da öz oğluna keçir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşan, o gündən bu günədək demək olar ki, konteksdən çıxarılmayan, itirilməyən dəyərlərdir. Bizim “türk-islam dəyərləri” adlandırdığmız əxlaq qaydaları da millət olaraq formalaşmağımızda da əhəmiyyətli rola malikdir.

Dini dəyərlər, həmçinin milli-mənəvi dəyərlər və Azərbaycançılıq bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Xalqımız əsrlər boyu qoruduğu, tarixin bəzi dönəmlərindən talanaraq, məhv edilərək əlindən alınmağa çalışılan adətləri bu günədək gətirib çıxara bilib, bu da milli özünüdərkin formalaşmasına böyük kömək edib. Düzdür, tarix boyu bu sərvətimizə göz dikən yadellilər olub, amma bir millətin dəyəri onun qanında, genetikasındadır, o səbəbdən də milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdləri həmişə boşa çıxıb, atalar demişkən, yel qayadan heç nə apara bilmir, tozdan başqa.

Heydər Əliyevin dinə böyük hörməti

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının həm dini dəyərlərini, həm də milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna yer ayırdı. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ümummilli Lider əsasən üç tərkib hissəni xüsusi qeyd edirdi: dil, din, adət-ənənə.

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. “Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir” deyən Heydər Əliyev hər bir azərbaycanlının öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli olduğunu dilə gətirirdi. O bildirirdi ki, hər bir azərbaycanlı Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.

Məhz o səbəbdəndir ki, Azərbaycanda milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Dövlət idarəsi, cəmiyyətin təşəkkülü də bu fondadır. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bu cür inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

Ulu Öndər deyirdi ki, Azərbaycançılığımızı, milli ideologiyamızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirməliyik. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ümummili Lider yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.

O dinə həm dövlət başçısı, həm də el ağsaqqalı kimi dəyər verirdi

Ulu Öndər Heydər Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. Buna misal olaraq 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu Öndərin dini- əxlaqi dəyərlərə sadiqliyinin, Allahını və peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi idi.

Qeyd etmək vacibdir ki, qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi vəziyyətlərdə Heydər Əliyev qətiyyətli bir lider kimi öz sarsılmaz mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”- bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir. Onun idayalarını indi Prezident İlham Əliyev layiqincə davam etdirir, milli dəyərlərimizə, mənəvi sərvətimizə sahib çıxır.

Atadan oğula ötürülən dəyərlər

İndi dövlətimiz özündə həm milli, həm də dini dəyərləri ehtiva edən mənəviyyatlı bir cəmiyyətin sütunudur. Ölkə başçısı İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir, bu istiqamətdə dövlət proqramları təsdiq edir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və dini-milli dəyərlərini qoruması önə çəkilir. İndi Dövlətçilik siyasıtində “gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərmağan edilməlidir” prinsipi əsas götürülür.

Prezident İlham Əliyevin həyata keçirdiyi konsepsiyaya görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlətçilik prinsipində dini dəyərlərin payına da önəm verilir. Dövlətimiz ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına da xidmət edir. Bu istiqamətdə atılan hər bir addım dədə-babalarımızdan bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Müasirlik milli kökü, adət-ənənəni, dini dəyərləri itirmək demək deyil, adət-ənənə, milli-mənəvi kökümüz elə müasirlik ənənələrinin fonunda da var ola bilir. Düzdür, zaman dəyişdikcə hər bir cəmiyyətə xas olan insanın psixologiyası, yaşam tərzi, milli dəyər anlayışı da müəyyən qədər dəyişə bilər. Nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir, amma Azərbaycan kimi milli kökünə bağlı olan ölkələrdə bu baş vermir. Bir ölkənin, müstəqil bir dövlətin ən böyük problemləri o zaman yaranır ki, o ölkədə mənəviyyat məsələsi arxa plana keçirilir. İqtisadi, siyası məsələlər mənəviyyatdan önə keçirsə o ölkədə, o xalqda rifah halı yaxşılaşmaz, insanlar birlik olmaz. Müstəqilliyin əsas üstünlüyü mənəvi məsələlərə diqqət ayırmaqdır.

Ailə və ağsaqallıq institutları, doğma dil, din, əxlaqi və mental dəyərlərə söykənən dövlətçilik sistemi əslində bizim milli-mənəvi sərvətimizdir, şansımızdır. Sarsılmaz dövlətlər bu dəyərlər üzərində yaranır və inkişaf edir. İndi o dövlətlər güclüdür ki, onlar tarixləri ilə bu günlərinin sintezini düzgün qura biliblər. Azərbaycan öz tarixi böyunca məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub, inkişaf edib və elə də davam edəcək.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri