Icma.az
close
up
RU
Dini komitə sədri axır ki, “ağzını açdı” Məktəbli geyimləri barədə açıqlama

Dini komitə sədri axır ki, “ağzını açdı” Məktəbli geyimləri barədə açıqlama

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir.

Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışları düzgün qiymətləndirən, dövlətin inkişafına və xalqın rifahına töhfə verməyə hazır olan vətəndaşların yetişdirilməsindən gedir. Çünki dövlətin davamlı inkişafı iqtisadi və texnoloji imkanlarla bərabər həm də onun mənəvi dayaqları, tarixi yaddaşı və vətəndaşlarının vətənpərvərlik düşüncəsi ilə müəyyən olunur.

Sherg.az xəbər verir ki, bu sözlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun açıqlamasında yer alıb.

"Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndərin 1996-cı ildə Gənclərin I Forumunda səsləndirdiyi "Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir" fikri bu gün də öz aktuallığını qoruyur. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, milli-mənəvi dəyərlər keçmişdən miras qalan irs olmaqla yanaşı, milli kimliyin qorunmasının, dövlətçilik ənənələrinin davamlılığının və gələcək inkişafın əsas amillərindən biridir.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla davam etdirilir. Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının mühüm vasitələri kimi qeyd etmiş, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyinə diqqət çəkmişdir. Bu yanaşma milli-mənəvi tərbiyənin daha geniş mahiyyətini ortaya qoyur. Milli kimliyini dərk edən, tarixi inkişafımızın səbəb və nəticələrini anlayan gənc, dövlətimizin nailiyyətlərini təkcə imkanlar kimi yox, eyni zamanda əvvəlki nəsillərin səylərinin və tarixi mübarizənin yekunu olaraq qiymətləndirir. Hər bir gənc anlamalıdır ki, bu gün malik olduğu hüquq və imkanlar yalnız üstünlüklər deyil, həm də gələcək nəsillər qarşısında cavabdehlik yaradır. Buna görə milli-mənəvi tərbiyənin əsas nəticəsi öz tarixini və ənənələrini bilən, öz kimliyini dərk edən, müstəqil düşünən, düzgün seçim edə bilən, milli maraqlara və dövlət mənafelərinə bağlı vətəndaş olmalıdır.

Bu prosesin təməli ailədə qoyulur, təhsil müəssisələrində isə sistemli şəkildə inkişaf etdirilir. Ailə uşağın insanlara, ictimai mühitə, Vətənə və özünə münasibətinin ilkin əsaslarını formalaşdırır. Təhsil həmin mənəvi əsasları bilik, analitik düşüncə və hüquqi mədəniyyətlə tamamlayır. Lakin müasir dövrdə gənclərin mənəvi-ideoloji baxışlarına təsir göstərən üçüncü mühüm amil də var: informasiya məkanı. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt bilik əldə etmək imkanlarını genişləndirməklə yanaşı, müxtəlif ideoloji təsirlərin yayılmasını da sürətləndirir.

İnformasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına təminat vermir. Əksinə, məlumatların etibarlılığını qiymətləndirmək və müxtəlif təsirlər arasında düzgün seçim etmək bacarığı olmadıqda, geniş informasiya imkanları yanlış istiqamətlənmə risklərini də artıra bilər. Buna görə müasir dövrdə informasiya təhlükəsizliyi ilə yanaşı, düşüncə təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır. Düşüncə təhlükəsizliyi insanın məlumatı təhlil etmək, manipulyasiyanı tanımaq, fərqli fikirləri müqayisə etmək və qərarlarını sağlam mühakimə əsasında vermək bacarığı ilə bağlıdır. Belə bacarıqların inkişafı gəncləri kənar təsirlərdən qorumaqla yanaşı, onların ictimai həyatda fəal və prinsipial mövqe tutmasına da imkan yaradır", - komitə sədri qeyd edib.

Ramin Məmmədov bildirib ki, insanın dünyagörüşünün təşəkkül tapmasında dini biliklər və mənəvi dəyərlər də mühüm yer tutur:

"Bu baxımdan gənclərin dini biliklərinin sağlam və etibarlı mənbələr əsasında zənginləşməsi xüsusi əhəmiyyət daşıyır. Dini anlayışların düzgün mənimsənilməsi ilə xurafatın, mənəvi dəyərlərlə radikal ideyaların, dini inancın isə həmin inancdan sui-istifadə edən manipulyativ çağırışların fərqləndirilməsi vacibdir.

Bizim yanaşmamız aydındır: dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət ölkənin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan meyarlardır.

Dünyəvi dövlət dini dəyərləri inkar etmir, əksinə onları qorumaq üçün mükəmməl hüquqi mexanizmlər təqdim edir. Çünki dünyəvilik dövlət idarəçiliyinin hüquq və qanunçuluq əsasında həyata keçirilməsini, vətəndaşların dinindən və etiqadından asılı olmayaraq bərabərliyinin qorunmasını, dini etiqad azadlığının təmin edilməsini nəzərdə tutur. Bu model həm insanların dini inanclarına hörmət göstərilməsi, həm də müxtəlif dünyagörüşlərinə malik vətəndaşların ümumi hüquqi çərçivədə dinc və təhlükəsiz yaşaması üçün əsas yaradır.

Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır. Halbuki milli kimliklə müasirlik arasında məcburi seçim yoxdur. Milli dəyərlərə bağlılıq elmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyə açıq olmağa maneə yaratmamalıdır. Azərbaycan cəmiyyətinin birliyi də milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının və dünyəvi dövlətin təməl qaydalarının uzlaşdırılmasına əsaslanır. Müxtəlif dini və mədəni mənsubiyyətə malik insanların ümummilli maraqları, qanun qarşısında bərabərlik və qarşılıqlı hörmət əsasında bir arada yaşaması ictimai sabitliyin mühüm şərtidir. Bu birliyin qorunması üçün yalnız ortaq dəyərlərin təşviqi deyil, hüquqi mədəniyyətin və vətəndaş öhdəliyinin inkişaf etdirilməsi də vacibdir. Nəticə etibarilə, milli-mənəvi tərbiyənin əsas məqsədi yalnız öz tarixini bilən deyil, onu anlayan; yalnız ənənələrə bağlı olan deyil, onları müasir dövrün tələbləri ilə uzlaşdırmağı bacaran; yalnız informasiya əldə edən deyil, onu təhlil edərək düzgün qərar verən vətəndaş yetişdirməkdir. Məhz buna görə də milli-mənəvi dəyərlər müasir düşüncəyə, fərdi azadlıq vətəndaşlıq məsuliyyətinə, dini etiqad azadlığı isə dünyəvi dövlət prinsiplərinə qarşı qoyulmamalı, əksinə, bu dəyərlər və komponentlər bir-birini tamamlayan, milli kimliyin qorunmasına, sağlam ictimai şüurun və vətəndaşlıq borcunu dərk edən mövqeyin formalaşmasına xidmət edən bütöv bir ideoloji sistemin tərkib hissələri kimi qəbul edilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Oktyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri