Icma.az
close
up
RU
Dini liderlər qlobal Bakı Sammitinə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər

Dini liderlər qlobal Bakı Sammitinə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, məktubda Azərbaycan Prezidentinin Dini liderlərin qlobal Bakı Sammitinə himayədarlıq etməsi və xüsusi diqqəti tədbirə verilən ən böyük dəyər kimi qiymətləndirilib.

Dini liderlər COP29-u Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirib, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayıblar. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəm, bu istiqamətdə səmərəli addımları təqdir edilib, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndirilib.

Məktubda, həmçinin dini liderlər Azərbaycanda keçirilən COP29-un dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacağına ümid etdiklərini bildiriblər. Onlar Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyəndiklərini və ona öz dəstəklərini ifadə ediblər: “Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. Hərbi cinayətlərə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir”.

Sammit iştirakçıları Azərbaycan Prezidentinin insan qardaşlığı yönündə, irqi və dini dözümsüzlük, ksenofobiya hallarına qarşı qətiyyətli mövqeyini dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin, nüfuzlu Zirvə görüşlərinin ənənəvi ünvanıdır.

Dini liderlər əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti beynəlxalq müstəvidə daha böyük uğurlara imza atacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri