Icma.az
close
up
RU
Dini Liderlərinin Bakı görüşü...

Dini Liderlərinin Bakı görüşü...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

“Dünya Dinləri Yaşıl Planet Uğrunda”

Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri ərəfəsində Bakıda Dini Liderlərin Qlobal Sammiti baş tutub. “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən tədbirdə dünya və ənənəvi dinlərin liderləri, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələri iştirak edib. İki gün davam etmiş qlobal sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq olub.

Dünyaya verilən mesaj

Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Dini liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacaq. Komitə sədrinin sözlərinə görə, bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər: “Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var. Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək”.

R.Məmmədov qeyd edib ki, dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək: “Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər. Dövlətlərin beynəlxalq münasibətlər sistemində iddialarının və insanların həyatda hədəflərinin olduğu reallıqdır. Lakin bu iddia və hədəflər yaşadığımız planetə, təbiətə, ətraf mühitə qarşı ədalətsizliklə nəticələnən fəaliyyətlər hesabına həyata keçirilməməlidir. İddialarımızı və hədəflərimizi ədalət hissimizlə tənzimləsək, bəşəriyyətin gələcəyini xilas edə bilərik. Dini liderlərin sammiti bu orta xətti tapmaqda bəlkə də ən yaxşı platformadır. Çünki ədalət bütün dinlərin fəlsəfəsində dayanan ümumi anlayışdır”.

Ekoloji böhranların həllində dinlərarası dialoqun rolu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, dünya əhalisinin 80 faizinin dini inancı var, ona görə də dinlərarası dialoq platforması ciddi əhəmiyyət kəsb edir. O, qeyd edib ki, inanclar fərqli olsa da, planeti qorumaq və bəşəriyyəti inkişaf etdirmək öhdəliyi sərhədləri aşır: “Bəziləri iddia edə bilər ki, ətraf mühitin mühafizəsi mahiyyət etibarilə, inanc məsələsi deyil. Lakin mən hesab edirəm ki, ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi, bütün cəmiyyətlərə təsir etdiyi, həmçinin planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğu üçün dinlərarası dialoq çox əhəmiyyətlidir”.

Dünyada mənəvi-əxlaqi dəyərlər azalır...

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Mehmet Akkan Suver Yer kürəsindəki müharibələrin törətdiyi sosial sıxıntılarla yanaşı, iqlim problemləri də əlavə fəlakətin xəbərçisidir. O qeyd edib ki, dünyada yaşıllıqlar azaldığı kimi, mənəvi-əxlaqi dəyərlər də azalır: “Belə bir anda Bakıda keçiriləcək COP29 bu problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirini bəşəriyyətin parlaq gələcəyi adına bir fürsət kimi qiymətləndiririk. Azərbaycanın bu təşəbbüsünün həm də xaos və qarşıdurmalardan, müharibələrdən uzaqlaşmağa şərait yaradacağına inanıram. Bakının dünyaya çağırışı beynəlxalq sülhün təmin edilməsində böyük rol oynayacaq. Dini liderlərin Bakıda görüşü bu təşəbbüsə böyük töhfədir”.

Bakı Bəyannaməsi qəbul edilib

Tədbirin sonunda qarşılıqlı etimad, birlik, harmoniya və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işində sivilizasiyalararası və dinlərarası münasibətlərin, milli-mədəni dəyərlərin və biliklərin, o cümlədən multikulturalizm ənənələrinin gücləndirilməsinin vacibliyini vurğulanıb. Daha sonra Sammitinin yekun sənədi - Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə qeyd olunub ki, dünyanın müxtəlif regionlarından olan xristian, müsəlman, yəhudi, hinduist, buddist və digər din və inanc nümayəndələrinin müasir dünyanı təhdid edən problemlərlə bağlı vahid və yekdil mövqe bildirmək üçün bir araya gəldikləri buna bənzər dinlərarası tədbirlərin mütəmadi keçirilməsi zəruridir.

Xatırladaq ki, COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti noyabrın 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilib.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see227

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see225

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see220

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see215

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see209

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see207

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see204

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see203

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see199

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see194

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see193

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see193

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see192

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see191

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri