Icma.az
close
up
RU
Diniyev “təslim oldu”, Cavadov yüksəlişdədir Tura baxış

Diniyev “təslim oldu”, Cavadov yüksəlişdədir Tura baxış

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XII turu məşqçi istefası ilə yadda qaldı. “Səbail”i “qara zolaq”dan çıxara bilməyən Şahin Diniyev “Kəpəz”ə yenilgidən sonra istefa verdi. “Sumqayıt” isə məşqçi dəyişikliyinin faydasını görməkdədir. Vaqif Cavadov ardıcıl ikinci oyunda qələbəyə sevindi. 

"Turan Tovuz" – "Qarabağ" 0:0 
“Turan Tovuz”:
1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza. 
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 22. Nahid Əliyev. 
Baş məşqçi: Kurban Berdiyev. 
“Qarabağ”: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk. 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica, 11. Emmanuel Addai. 
Baş məşqçi: Qurban Qurbanov.

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma xeyli maraqlı mübarizə şəraitində keçdi. Azarkeşlər qol görə bilməsələr də, 90 dəqiqə ərzində tərəflər onlara əsl futbol bayramı yaşada bildi. Dolu tribunaların qarşısında futbolçular da əllərindən gələni etdilər. Bir tərəfdə Mateus Koxalski, qarşı tərəfdə isə İvan Konovalov bir neçə epizodda məharətlərini göstərdilər. Elə onların bu məharətinin sayəsində top qapıya daxil olmadı.
Sonda tərəflərin hər ikisini razı salan heç-heçə qeydə alındı. Bəlkə də meydan sahibləri qələbə qazana bilmədiklərinə görə təəssüflənə bilərlər. Amma rəqibin “Qarabağ” olduğunu nəzərə alanda 1 xalın pis nəticə olmadığını qəbul etmək mümkündür. Lider “Qarabağ” 28 xal toplayıbsa, onun ən yaxın izləyicisi “Turan Tovuz”un 25 xalı var.

"Neftçi" – "Araz-Naxçıvan" 0:1 
Qol:
Felipe Santos, 30
Turan Vəlizadə (Araz-Naxçıvan), 90+2 - ikinci sarı (qırmızı)
“Neftçi”: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 22. Dembo Darbo.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 95. Rəvan Kazımov, 3. Höccət Haqverdi, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.
"Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Qara Qarayev, 2. Slavik Alxasov , 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro.
Baş məşqçi: Elmar Baxşıyev.

“Neftçi” yenə uduzdu. Bəli, “ağ-qaralar” məşhur filmdəki deyimi doğrultmaqdadır. Samir Abasovun gəlişi də komandanın problemlərinin həllinə yetərli olmadı. “Araz Naxçıvan”ın çıxışı isə ən yaxşı sözlərə layiqdir. Elmar Baxşıyev ortaya əməlli-başlı məşqçi işi qoymağı bacarıb. Əyalət təmsilçisi məğlubiyyəti yaddan çıxarıb və itirilməyən xalların xayına görə “Turan Tovuz”u belə üstələyir. Felipe Santos isə Elmar Baxşıyevin “qol maşını” rolunu oynayır. Məhz onun qolları sayəsində “Araz Naxçıvan” qələbələri sıralamaqdadır. 
“Neftçi” 8-ci pilləyə “lövbər salıb”. “Araz Naxçıvan” isə 24 xalla 3-cü sıradadır və daha irəliyə boylanır.

“Şamaxı” – “Zirə” 0:2 
Qollar:
Junior Martins, 33. Ruan Renato, 63
"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 29. Ceyhun Nuriyev, 22. İldar Alekperov, 5. Stefan Aka, 4. Ruan Renato (k), 90. Davit Volkov, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 24. Yusuf Laval, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Zirə”nin qələbə həsrəti Şamaxıda bitdi. Qəsəbə təmsilçisi inamlı oyun sahəsində “quru hesablı” qələbə qazandı. Junior Martins 33-cü dəqiqədə fərdi ustalığı sayəsində hesabı açdı. Renato isə ikinci hissənin ortalarında “Zirə”nin üstünlüyüni artırdı. “Şamaxı” bundan az sonra fərqlənsə də, hakimlər VAR-ın da müdaxiləsiylə qolu qeydə almadılar. Epizodun təkrarında hakimlərin haqlı qərar verdiyi görünürdü. Maraqlıdır ki, Rəşad Sadıqov Premyer Liqa oyunlarında Tiaqo Silvanı ehtiyatda saxlayıb, “çərçivə”ni Aydın Bayramova tapşırır. Bayramov da onun bu etimadını doğruldaraq, qapını toxunulmaz saxlamağı bacardı. Qeyd edək ki, “Zirə” mövsüm ərzində qapısında 8 qol görüb ki, bu göstəriciyə görə qəsəbə təmsilçisi üçüncüdür. Xal ehtiyatına görə isə Rəşad Sadıqovun komandası 4-cü pillədə qərarlaşıb. “Qartallar” 11 oyuna 20 xal toplayıb. “Şamaxı” isə 12 xalla 7-ci sıranı tutur.

“Kəpəz” – “Səbail” 1:0 
Qol:
Camal Cəfərov, 90+5.
"Kəpəz": 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 10. Karim Lkoça, 19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis
Baş məşqçi: Şahin Diniyev

Tovuzdakı qarşılaşma Şahin Diniyev üçün “Səbail”in sükanı arxasında sonuncu oldu. Bu yerdə onu da xatırladaq ki, Roman Qriqorçuk da “Neftçi”dən məhz “Kəpəz”ə uduzduqdan sonra ayrılmışdı. Xüsusiylə ilk hissədə “Səbail”in üstünlüyü hiss olunsa da, bu üstünlüyü qola çevirmək mümkün olmadı. İkinci hissədə “Kəpəz” oyunu bərabərləşdirməyi bacardı. Amma hər şey qolsuz heç-heçəyə doğru gedirdi. Oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə səhnəyə Camal Cəfərov çıxdı. Məhz onun vurduğu qol sayəsində “Kəpəz” vacib qələbə qazandı. Artıq “Kəpəz”lə “Səbail”in arasındakı xal fərqi cəmi 1-ə bərabərdir. Sonuncu pillədəki “Kəpəz”in aktivində 6 xal varda, “Səbail” 9-cu sırada 7 xalla qərarlaşıb.

“Sumqayıt” – “Sabah” 1:0 
Qol:
Roi Kehat, 90+5.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
"Sabah": 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev (k), 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələsgərov, 4. Elvin Camalaov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

“Kəpəz”in “Səbail”ə uduzacağını proqnozlaşdırmaq hardasa mümkün olardısa, “Sabah”ın Sumqayıtdan əliboş dönməsi əməlli-başlı sürpriz oldu. Krunoslav Renduliçin papağını qabağına qoyub, ciddi-ciddi düşünməsinin zamanı gəlib. “Bayquşlar” qələbənin dadını çoxdan unudub. Əks düşərgədə isə bayram ab-havasıdır. Samir Abasovun zamanında qələbəyə həsrət qalan “Sumqayıt” ardıcıl ikinci qələbəsini qazandı. Hiss olunur ki, Vaqif Cavadovun gəlişindən sonra “Sumqayıt”da inkişaf yaşanır, özünəinam artır. Ardıcıl iki qələbə sayəsində “gənclik şəhəri”nin təmsilçisi artıq 6-cı pilləyə qədər irəliləyib. Komandanın aktivində 13 xal var. 17 xallı “Sabah” isə “Sumqayıt”dan cəmi bir pillə öndədir.

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 Noyabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see253

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see219

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see219

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see169

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see158

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see154

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri