Icma.az
close
up
RU
“Zirə” özünə gəldi, “Neftçi” yenə “Qarabağ”a təslim oldu Tura baxış

“Zirə” özünə gəldi, “Neftçi” yenə “Qarabağ”a təslim oldu Tura baxış

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XV turu sürprizsiz başa çatdı deyə bilərik. “Zirə” “Sumqayıt” üzərində böyükhesablı qələbə qazanmaqla rahat nəfəs aldı. “Kəpəz”in sonuncu pillədən qurtulması da turun diqqətçəkən hadisələrindəndir. Sırasıyla hər bir məqama toxunaq.

"Araz-Naxçıvan" – "Turan Tovuz" 1:0 
Qol:
Felipe Santos,75
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev
“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdiyev

“Araz Naxçıvan” ənənəsinə sadiq qaldı. Elmar Baxşıyevin çalışdırdığı komanda növbəti 3 xalı aktivinə yazdı. Özü də bu dəfəki qələbə də minimal hesabla qazandı. Rəqibin “Turan Tovuz” olması isə bu qələbənin dəyərini xeyli artırdı. Komandanın qolçusu Felipe Santos 75-ci dəqiqədə fərqlənməklə bombardirlər cədvəlinin də vahid lideri oldu. Braziliyalı bu mövsüm vurduğu 8 qolla “Araz Naxçıvan”ın yüksəlişində əvəzsiz pay sahibidir. Berdiyevli “Turan Tovuz” isə məhz belə qol ümidinə həsrətdir. Qərblilər qol vura bilmədikcə qələbə də əlçatmaz olur. Rusiyalı mütəxəssisin komandası artıq 4-cü oyundur ki, qələbə qazana bilmir.
Minimal hesablı qələbə sayəsində “Araz Naxçıvan” 2-ci pillədəki yerini bir az da möhkəmlətdi. Komanda 36 xalla “Qarabağ”ın ən yaxın izləyicisidir. 3-cü yerdəki “Turan Tovuz” isə “Araz Naxçıvan”dan 9 xal geri qalır.

"Sabah" – "Səbail" 1:0 
Qol:
Coy-Lens Mikels, 29.
"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 94. Rəvan Mirzəmmədov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 8. Qorka Larruçea, 3. Dmitro Litvin, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 15. Vüsal Məsimov, 16. Emin Rüstəmov, 36. Azad Əsgərov, 7. Madi Keta, 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov.

Berdiyevin həmyerlisi Vasili Berezutski isə Azərbaycandakı ilk oyununu qələbə ilə başa vurdu. Bununla da “Sabah”ın 7 oyunluq qələbəsiz seriyası da sona çatdı. “Sabah”ın həsrətinə son qoyan qolu isə “Səbail”in qapısında Mikels keçirdi. Almaniyalı hücumçu 29-cu dəqiqədə vurduğu effektiv zərbə ilə adını tabloya yazdırdı. Oyunun sonuna 1 saatdan artıq vaxt qalsa da, tərəflərdən heç biri fərqlənə bilmədi. Bu mənada futbolçu karyerası ərzində müdafiəçi kimi çıxış edən Vasili Berezutskinin “Sabah”ı hansı taktika ilə oynadacağı da məlum oldu. Müdafiədə etibarlı oynamağa çalışan Masazır təmsilçisi əsasən qapısının toxunulmazlığının qeydinə qalıb, bir qolla da oyunun taleyini həll etməyə üstünlük verəcək.
Bu qələbədən sonra “Sabah” 5-ci pilləni tutur və komandanın aktivində 22 xal var. Cavid Hüseynovun “təzə qan” verməyi bacarmadığı “Səbail” isə sonuncu pilləyə yuvarlandı. “Dənizçilər” cəmi 8 xal toplamağı bacarıb.

"Şamaxı" – "Kəpəz" 0:1 
Qol:
Luis Paçu, 69.
Luis Paçu ("Kəpəz") 60-cı dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
“Şamaxı”: 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov (k), 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 11. Conatan Benteke, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi. 
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 70. Nicat Xasıyev. 
Baş məşqçi: Ayxan Abbasov. 
“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 10. Karim Lkoça. 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Lassana Ndiaye, 77. Viktor Braqa. 
Baş məşqçi: Azər Bağırov

Bəli, “Kəpəz” artıq sonuncu deyil. Azər Bağırovun gəlişindən sonra yüksəlişə başlayan Gəncə təmsilçisi sonuncu pilləni “Səbail”ə təhvil verib. Son turlarda nəticələrini yaxşılaşdıran “Kəpəz” “Şamaxı”nı səfərdə məğlub etməklə 9-cu pilləyə yüksəldi. 60-cı dəqiqədə penaltini qaçıran Luis Paçu bundan 9 dəqiqə sonra vurduğu qolla oyunun qəhrəmanına çevrilməyi bacardı. “Şamaxı” çoxsaylı cəhdlərə baxmayaraq bu qola cavab verə bilmədi.
Xalını 10-a çatdıran “Kəpəz” 9-cu pilləyə yüksəldi. “Şamaxı” isə 8 oyundur ki, qələbə qazana bilmir. Sonuncu qələbəsini elə “Kəpəz” üzərində qazanan “Şamaxı” 13 xalla yeddincidir.

"Zirə" – "Sumqayıt" 4:1 
Qollar:
Davit Volkov, 9; 67; 76. Giorgi Papunaşvili, 55 - Nikola Buynoviç, 37.
“Zirə”: 13. Aydın Bayramov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 22. İldar Alekperov, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 9. Nikola Vuynoviç.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 5. Alan Dias, 18. Kristian Velinovski, 60. Tresor Mossi, 77. Cəsurbek Cəloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Davit Volkovun özünə gəlməsiylə “Zirə” “qara zolaq”dan çıxmağı bacardı. Gürcüstanlı futbolçu “het-trik” etməklə “Zirə”nin qələbəsinə böyük töhvə verdi. Onun vurduğu qollara həmyerliyisi Giorgi Papunaşvili də 55-ci dəqiqədə öz əlavəsini etdi. “Sumqayıt” bu qollardan yalnız birinə cavab verə bildi. Nikola Buynoviç 37-ci dəqiqədə hesabı bərabərləşdirsə də, “Zirə” həmin gün qarşısıalınmaz idi. Sonda elə qəsəbə təmsilçisi doğma meydanda 4:1 hesablı qələbəni bayram etdi.
3 xal “Zirə”ni yenidən 4-cü pilləyə qaytardı. 16 xallı “Sumqayıt” isə 6-cı sıradadır.

“Neftçi” – “Qarabağ" 0:3 
Qollar:
Leandro Andrade, 27; 55. Nəriman Axundzadə, 53.
"Neftçi": 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
“Qarabağ”: 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 1. Şahrudin Maqomedaliyev, 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 19. Redon Cica, 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada “Qarabağ” “Neftçi”ni üstələdi. Özü də böyük hesabla. “Köhlən atlar” “Neftçi Arena”da azarkeşlərini 3:0 hesablı qələbəylə sevindirdi. Bir necə gün əvvəl “Lion”a qarşı çətin oyunda iştirak edən futbolçuların demək olar ki, böyük əksəriyyəti start heyətdə yer almırdı. Qurban Qurbanov əvəzedici statuslu futbolçulara şans vermişdi. Amma “Neftçi”ni 3:0 hesabıyla məğlub etmək üçün elə bu heyət də yetərli oldu. Andradedinin “dubl” etdiyi oyunda daha bir qolu Nəriman Axundzadə vurdu. 
Lider “Qarabağ” 37 xalla zirvəni heç kimə güzəştə getmir. Qeyd edək ki, komandanın bir oyunu ehtiyatdadır. “Neftçi” isə mükafatçılar sırasından xeyli uzaq düşüb. “Şamaxı”yla eyni sayda – 13 xal toplayan “ağ-qaralar” 8-ci pilləni tutur.

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri