Icma.az
close
up
RU
Diniyevə hörmət etmək üçün əsas səbəb

Diniyevə hörmət etmək üçün əsas səbəb

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Səbail” birinci dövrədə 4:0 hesabıyla məğlub etdiyi “Kəpəz”ə bu dəfə 0:1 uduzdu. Camal Cəfərovun oyuna əlavə olunun 5 dəqiqənin bitməsinə 10 saniyə qalmış vurduğu qol bu qarşılaşmanın taleyini həll etdi. Eləcə də bu, Şahin Diniyevin “Səbail”in baş məşqçisi postunda üzüldüyü sonuncu qol oldu.

“Dənizçilər”in işləri onsuz da qaydasında getmirdi. Cəfərovun qolu olmasaydı belə, Diniyevin postunu tezliklə tərk edəcəyi gözlənilirdi. Birinci dövrədəki oyundan ötən zaman ərzində “Kəpəz”in xeyli inkişaf etdiyini, yaxud da “Səbail”in ifrat dərəcədə gerilədiyini demək çətindi. Fakt odu ki, “Səbail” ilk dövrədə 4:0 hesabıyla məğlub etdiyi komandaya yenildi. Artıq bu iki komanda arasındakı xal fərqi də 1-ə enib. Növbəti turda “Səbail”lə “Kəpəz” turnir cədvəlindəki yerini dəyişsə, heç kim buna təəccüblənməyəcək.
Buna görə də Şahin Diniyevin istefa verməsini qanunauyğunluq kimi qəbul etdik. Məşqçi həyatı belədi. Bir gün qəhrəmana çevrilirsən, sabah bunun əksi olur. Şahin bəy də illərini futbola vermiş adamdı, ona görə də hadisələrin belə axarına hazır olduğuna şübhə etmirəm. Yaxşı ki, “Kəpəz”dəki oyunlar “Səbail”də təkrarlanmadı, Şahin Diniyevin sadəlövhlüyündən, bəlkə də xaraktersizliyindən istifadə edib, onun adına hansısa maliyyə maxinasiyasına əl atmadılar. Ona görə də Diniyev “Səbail”dən bu şəkildə ayrıla bildiyinə görə şükr etməlidi. Azərbaycan futbolu əməlli-başlı “qurdlar vadisi”di. Burda təmiz adını, sağlam başını saxlamaq, eyni zamanda da işləmək çox çətindi.
Şahin Diniyevlə şəxsi tanışlığımın tarixi 2007-ci ilə təsadüf edir. Almatıya gələn milli komandamımızın düşərgəsinə baş çəkmişdim, Diniyevin “Ayser”dəki otağında dəmlədiyi çaydan içə-içə xeyli söhbətləşmişdik. Həmin vaxt Serbiya ilə oyundakı hadisələrə şahidlik etməmişdik, Diniyev başına gələcəklərdən xəbərsiz idi. Olanlar oldu, yaşananlar yaşandı. Bütün bunlar keçmişdə qalıb. Onları yenidən qurdalamaq, qaysaq bağlamış yaraları qanatmaq fikrində deyiləm. Mənim onsuz da Şahin Diniyevin şəxsiyyətinə, insanlığına böyük hörmətim var idi. Amma bu yaxınlarda təsadüfən eşitdiyim bir əhvalat bu hörməti daha da artırdı. Özünə zəng edib, həmin hadisəni dəqiqləşdirəndə əvvəlcə bundan necə xəbər tutduğumu soruşdu, sonra da sakit səslə “mən nə etmişəm ki? Sadəcə, borcum idi” dedi.
Mən o əhvalatı eşidəndə Şahin bəy “Səbail”lə Türkiyədə təlim-məşq toplanışına getmişdi. Həmin vaxt bu barədə yazmadım, istəmədim ki, başqa fikrə düşənlər olsun. Desinlər ki, Diniyevin təbliğatına çalışıram. İndi Şahin bəy işdən ayrılıb, onun futbol mütəxəssisi kimi keyfiyyətləri öz yerində. Mən rahatlıqla onun insanlığından yaza bilərəm. Birinci Qarabağ müharibəsi zamanı yaralı əsgərlərimizdən bir qrupunu müalicə üçün İsrailə aparıblar. Bu işə adı bilinməyən sponsor tərəfindən pul ayrılıb. Amma ortadakı işbazlar yaralı qazilərimizi ora aparandan sonra pulları götürüb aradan çıxıblar. Yaralılar çətin vəziyyətdə qalıb, özəl xəstəxanalar ödəniş olmadığına görə onların müalicəsinin tamamlamayıb. Pulsuz-parasız qərib diyarda qalan qazilərimizin acınacaqlı durumunu yerli televiziyalardan biri işıqlandırır ki, azərbaycanlı yaralılar kömək gözləyir. Həmin vaxt İsraildə çıxış edən Şahin Diniyev bundan xəbər tutan kimi maşın kirayələyir, zəruri ləvazimatlar, qida alıb qazilərin görüşünə tələsir. Onların yerləşdirilməsi, qidalanması, müalicələrinin tamamlanıb Bakıya yola salınması üçün əlindən gələn köməyi edir. Qazilərdən xahiş edir ki, bu haqda kimsəyə bildirməsinlər. Mən bu hadisədən 30 il sonra, həmin qazilərdən biri ilə təsadüfi tanışlıq əsnasında xəbər tutdum.
Bundan sonra Şahin Diniyev məşqçi işləyə də bilər, işləməyə də. Uğur da qazanar, uğursuz da olar. Mənim üçün bunlar heç nəyi dəyişməyəcək. Çünki onun insanlığına hörmət etmək üçün yetərincə ciddi səbəb var. Qalan şeylər çox da vacib deyil.
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri