Icma.az
close
up
RU
“Diplom alanlar çoxalır, amma iş bacarığı olan azdır”

“Diplom alanlar çoxalır, amma iş bacarığı olan azdır”

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-2026-cı tədris ili üçün peşə təhsili müəssisələrinə qəbulun birinci mərhələsinə yekun vurulub. 36 2 78 nəfərdən 123 930 müraciət daxil olub. Qeyd olunan müraciətlərin böyük əksəriyyəti gənclər tərəfindən edilib. Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust – 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

Biznes konsultant Çinarə Ağayeva AzPost-a deyib ki, bu fakt təkcə statistik göstərici deyil, Azərbaycan gənclərinin yeni düşüncə tərzini və dəyişən prioritetlərini əks etdirir.

Onun sözlərinə görə, müraciətlərin əsasən İKT, sənaye, turizm, kənd təsərrüfatı və xidmət sektoru üzrə ixtisaslara yönəlməsi göstərir ki, gənclər artıq əmək bazarının tələblərinə uyğun bacarıqlar qazanmağa çalışırlar: “Beynəlxalq miqyasda ali təhsilin əhəmiyyəti azalmır, lakin yalnız diplomun iş təmin etmədiyi dövrə keçid yaşanır. Bu fenomenə “degree inflation” deyilir – diplom çoxalır, amma iş bacarığı olan azdır. Gənclər bunu anlayır və ona görə peşə təhsilinə üz tuturlar. Beynəlxalq araşdırma mərkəzləri 2025-ci ildə ən çox tələb olunan 10 bacarığın 7-sinin praktik və texniki yönümlü olacağını proqnozlaşdırır. LinkedIn, Coursera və McKinsey kimi beynəlxalq platformalar “skills over degrees” (bacarıq diplomdan üstündür) prinsipini təşviq edir. Bu baxımdan, Azərbaycan gənclərinin peşə təhsilinə yönəlməsi, müasir qlobal trendlərə uyğun bir strateji addımdır”.

Çinarə Ağayeva bildirib ki, peşə təhsilində İKT ixtisaslarının ilk sırada olması xüsusi diqqətə layiqdir. Rəqəmsallaşan iqtisadiyyat üçün proqram təminatı, şəbəkə inzibatçılığı, süni intellekt əsaslı texnologiyalar üzrə texniki mütəxəssislərə ciddi tələbat var. Bu sahədə təhsil alan gənclər təkcə yerli bazarda deyil, freelance və uzaqdan iş imkanları sayəsində qlobal bazarda da rəqabətə davamlı olurlar. “Ali təhsildən fərqli olaraq, peşə təhsili daha qısa müddət ərzində real bacarıq və sertifikatlarla təmin edir. Bu isə gənclər üçün daha erkən iqtisadi müstəqillik imkanı yaradır. Dünya Bankının araşdırmasına əsasən, peşə təhsili məzunları orta hesabla 3-4 dəfə daha tez iş tapırlar. Peşə təhsili sistemində gənclər əsasən müəssisələrdə təcrübə keçir, real iş prosesinə qoşulur. İxtisaslı, peşə təhsili almış gənclərlə işləmək işə adaptasiya xərclərini azaldır, təlim müddətini qısaldır, praktiki vərdişləri olan, motivasiyalı kadr əldə etməyə imkan verir. Şirkətlər üçün peşə məktəbləri ilə partnyorluq modeli uzunmüddətli insan resursları strategiyası ola bilər”-, deyə biznes konsultant qeyd edib.

Bildirib ki, beynəlxalq təcrübə bu baxımdan xüsusilə diqqəti çəkir. Belə ki, Almaniyada peşə təhsili sahəsində tətbiq olunan Dual təhsil sistemi sayəsində gənclərin 92%-i 6 ay ərzində iş tapir. Sinqapurda SkillsFuture proqramı gənclərə hər mərhələdə dövlət dəstəyi ilə bacarıqlarını inkişaf etdirməyə imkan verir. Kanadada reallaşdırılan Kooperativ təhsil modelinə əsasən tələbələr təhsil zamanı real maaşla işləyir və təcrübə qazanırlar. Finlandiyada isə peşə təhsili ali təhsillə bərabər statusdadır və gənclərin 48%-i peşə yolunu seçir.

“Azərbaycan bu modellərdən faydalana bilər. Texniki və hüquqi mexanizmlər uyğunlaşdırılmalı, dövlət-özəl tərəfdaşlıqları dərinləşdirilməlidir” deyən Çinarə Ağayeva hesab edir ki, ölkəmizdə peşə təhsilini seçən gənclər genişləndirilmiş təqaüdlər və təlim kreditləri sistemi vasitəsilə stimullaşdırıla bilər. Həmçinin peşə ixtisaslarının ictimai nüfuzunun artırılması üçün kampaniyalar təşkil edilməli, gənc kadrlara yönəlmiş təcrübə və mentorluq proqramları qurulmalı, özəl təlim mərkəzləri ilə birgə “train-to-hire” modelləri tətbiq olunmalıdır. Peşə təhsili müəssisələri və şirkətlər, müəssisələr arasında kommersiya və əmək müqavilələrinin bağlanması da bu istiqamətdə səmərəliliyə yol açar.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri