Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub
Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb.Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.
Qeyd edilib ki, həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
www.anews.az
Baxış sayı:73
Bu xəbər 02 Dekabr 2024 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















