Diplomatik çağırış: Britaniyalı nazir İrana təkliflə müraciət etdi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniya İrana İsraillə əldə olunmuş atəşkəsdən istifadə etməyi və beynəlxalq ictimaiyyətlə siyasi dialoqa qayıtmağı tövsiyə edib.
Oxu.Az-ın "Bloomberg"ə istinadla verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar naziri Piter Kayl bəyan edib.
"Hazırda əsas məsələ deeskalasiya dövrüdür. İranı bu, doğrudan da, misilsiz fürsətdən istifadə etməyə və siyasi prosesə qayıtmağa çağırıram", - deyə o vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, Böyük Britaniya və onun müttəfiqləri İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklər.
Bununla yanaşı, Kayl bildirib ki, ölkəsi mütəmadi olaraq İran tərəfindən həyata keçirilən kiberhücumlara məruz qalır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl sosial şəbəkələrdə bildirib ki, İsrail və İran atəşkəsə razılaşıblar və bu razılaşma 24 saat sonra 12 günlük müharibənin rəsmi sona çatması ilə nəticələnəcək.

