Icma.az
close
up
RU
Diplomatik əlaqələr davam etdiriləcək ŞƏRH

Diplomatik əlaqələr davam etdiriləcək ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan media nümayəndələrinə müsahibə verən Prezident İlham Əliyev verilən suallara cavablarında bir daha Azərbaycanın daxili və xarici siyasətinə dair proseslər barədə vəziyyəti həm yerli, həm də xarici auditoriyanın diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin ABŞ-a budəfəki səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycanın regional və qlobal siyasətdə öz prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına qarşı verilmiş qəti və diplomatik cavabdır.
Azərbaycan tərəfi bu prosesin uğurla nəticələnməsi üçün illərdir əzmlə çalışır. Sadəcə olaraq, üçüncü tərəf kimi Rusiyanın, eyni zamanda Fransanın müdaxiləsi bu istiqamətdə ciddi maneələr yaradıb. Bu müdaxilələr artıq aradan qalxdığı üçün və Amerika Birləşmiş Ştatları da prosesdə təminatçı kimi çıxış etdiyi üçün hesab edirəm ki, nəticə həm tərəflər, həm də ümumilikdə region üçün.
Səfər şərçivəsində qəbul olunan Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.
Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.
Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri