Kreml Paşinyanın hansı qərar verəcəyini gözləyir
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək qərarını açıqlayacağını gözləyir.
"Bakupost" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Peskov bir müddət əvvəl Kremlin Paşinyanın Moskvaya səfərinə hazırlaşdığını açıqlamışdı.
Peskov "Vesti" xəbər xidmətinə Paşinyanın MDB liderlərinin qeyri-rəsmi sammitində iştirakı ilə bağlı suala cavab olaraq bildirib: "Biz hələ bunu bilmirik, bu barədə Paşinyandan soruşmalı olacağıq. Düşünürəm ki, o, Moskvada olanda qeyri-rəsmi sammitdə iştirak edib-etməyəcəyini açıqlayacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Noyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















