FED in əsas inflyasiya göstəricisi 3 cü ayda da 0,3 faiz artıb
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
FED-in əsas inflyasiya göstəricisi 3-cü ayda da 0,3 faiz artıb.
Banco.az xəbər verir ki, FED-in əsas inflyasiya göstəricisi kimi qəbul etdiyi, ərzaq və enerji qiymətlərini nəzərə almayan baza PCE indeksi aylıq müqayisədə 0,3 faiz artıb. Artım bazar gözləntilərinə uyğun olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə baza PCE 3,3 faiz yüksəlib. Bu, 2023-cü ildən bəri qeydə alınan ən yüksək göstərici olub. Bazar gözləntisi 3,2 faiz artım idi. Ötən ay baza PCE üzrə illik artım 3,1 faiz təşkil etmişdi.
Bu göstəricilər FED-in siyasətçilərinin gələn ay faiz dərəcələrini artırmaq planlarını dəstəkləyir.
Bu gün açıqlanan ayrı bir hesabatda iqtisadiyyatın üçüncü rübdə əvvəlki məlumatlarda göstəriləndən daha sürətlə böyüdüyü bildirilib. Ümumi daxili məhsul (ÜDM) illik hesablamada 4,3 faiz artaraq son üç ilin ən yüksək səviyyəsinə çatıb. Artımda biznes investisiyaları 2020-ci ildən bəri ən yüksək yüksəlişi qeydə alıb. İstehlak xərcləri də əvvəlki qiymətləndirmə ilə müqayisədə artırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 25 Noyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















