Diplomatik pasport əldə edəcək subyektlərin dairəsinin genişləndirilməsi qəbul edilib
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclis diplomatik pasport əldə edə biləcək subyektlərin dairəsinin genişləndirilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.
Layihəyə əsasən, 2024-cü il mayın 31-də "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilib və Azərbaycan Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifələri inzibati vəzifələrin birinci təsnifatına aid edilib.
Bununla da, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə "Pasportlar haqqında" təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 13 İyun 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















