Diplomatik xidmət orqanı əməkdaşlarının həvəsləndirilməsi tədbirləri müəyyənləşir AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Diplomatik xidmət orqanı əməkdaşlarının həvəsləndirilməsi tədbirləri müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəzifə funksiyalarının nümunəvi icrasına və ya xidməti nailiyyətlərinə görə fərqlənmiş diplomatik xidmət orqanı əməkdaşlarına aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:
- təşəkkür elan edilmə;
- pul mükafatı;
- qiymətli hədiyyə ilə mükafatlandırılma;
- fəxri fərman ilə təltif edilmə;
- növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsi;
- qüvvədə olan intizam tənbehi tədbirinin vaxtından əvvəl götürülməsi.
Həvəsləndirmə tədbirinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir. Diplomatik xidmət orqanı əməkdaşları fərdi və ya kollektiv qaydada həvəsləndirilə bilərlər. Diplomatik xidmət orqanı əməkdaşının fərdi həvəsləndirilməsi onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq, habelə diplomatik xidmət orqanının əməkdaşı tərəfindən vəzifə funksiyaları nümunəvi icra edildikdə, fəaliyyətində yüksək nailiyyətlər əldə olunduqda, mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə həyata keçirilir. Diplomatik xidmət orqanı əməkdaşlarının kollektiv həvəsləndirilməsi diplomatik xidmət orqanının fəaliyyət istiqamətləri üzrə işlər və ya mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə, habelə Azərbaycan Respublikasının bayram günləri ilə və digər əlamətdar hadisələrlə əlaqədar həyata keçirilir. Diplomatik xidmət orqanı əməkdaşları xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif olunmaq üçün təqdim oluna bilərlər. Diplomatik xidmət orqanı əməkdaşlarının mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmət orqanı əməkdaşları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 (üç) misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















