Icma.az
close
up
RU
Diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyası qaydası müəyyənləşir

Diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyası qaydası müəyyənləşir

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diplomatik xidmət orqanlarında kadr tələbatına olan ehtiyacın diplomatik xidmət orqanı əməkdaşlarının potensialından səmərəli istifadə olunmaqla təmin edilməsi məqsədilə diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyası keçirilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyinatı həyata keçirilən vəzifələr istisna olmaqla, diplomatik xidmət orqanlarında digər vəzifələr üzrə rotasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Rotasiya qaydasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşı tutduğu vəzifədən azad edilərək diplomatik nümayəndəlikdə və ya konsulluqda həmin vəzifədən aşağı olmayan vakant diplomatik vəzifəyə təyin edilir. Rotasiya qaydasında diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət əməkdaşı tutduğu vəzifədən azad edilərək (geri çağırılaraq) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həmin vəzifədən aşağı olmayan vakant diplomatik vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu qanun nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati və ya yardımçı vəzifə tutan əməkdaş rotasiya qaydasında tutduğu vəzifədən azad edilərək həmin vəzifənin funksiyalarına uyğun olaraq diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin edilir və geri çağırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduğu sonuncu vəzifəyə bərabər vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla (Diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 5 (beş) faizindən artıq olmamaq şərtilə diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən rəsmiləşdirilir) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

Diplomatik xidmət orqanlarında tutduğu diplomatik vəzifədən azad edilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və ya konsulluqda vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşı geri çağırıldıqdan sonra, onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilməsinə əsas olan hallar olmadıqda, tutduğu sonuncu vəzifə nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) vakant diplomatik vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla (Diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 5 (beş) faizindən artıq olmamaq şərtilə diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən rəsmiləşdirilir) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

Fövqəladə və səlahiyyətli səfirin və təmsilçilik ofisinin rəhbərinin qəbul edən dövlətdə, daimi nümayəndənin və nümayəndənin beynəlxalq təşkilatda fasiləsiz xidmət müddəti 5 (beş) ildir. Baş konsulun və səfirin müavininin qəbul edən dövlətdə, daimi nümayəndənin müavininin isə beynəlxalq təşkilatda fasiləsiz xidmət müddəti 4 (dörd) ildir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq, bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan diplomatik xidmət əməkdaşları (Diplomatik xidmət orqanı əməkdaşları vəzifələri layiqincə yerinə yetirmədikdə və müəyyən olunmuş məhdudiyyətlərə riayət etmədikdə, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl etmədikdə və ya hüquqpozmalar törətdikdə) fasiləsiz xidmət müddətindən artıq fəaliyyətini davam etdirə və ya həmin müddətdən əvvəl geri çağırıla bilərlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və konsulluqda vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşlarının fasiləsiz xidmət müddəti 3 (üç) ildir. Bu müddət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik xidmət orqanı əməkdaşının razılığı ilə 1 (bir) ilədək uzadıla bilər.

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə və konsulluqlarda vakant vəzifələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilən diplomatik xidmət orqanı əməkdaşlarının xidmət müddəti həmin əməkdaşların təşəbbüsü əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 (bir) ilədək azaldıla bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşı xidməti zərurətlə əlaqədar və öz razılığı ilə xidmət keçdiyi diplomatik nümayəndəlikdən və ya konsulluqdan digər diplomatik nümayəndəliyə və ya konsulluğa qalan xidmət müddətinin davam etdirilməsi şərtilə keçirilə bilər. Diplomatik nümayəndəlikdən və konsulluqdan rotasiya qaydasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geri çağırılan diplomatik xidmət orqanı əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yenidən diplomatik nümayəndəlikdə və konsulluqda vəzifəyə təyin olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) azı 1 (bir) il (sərəncamda olma müddəti də daxil olmaqla) xidmət keçməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri