Icma.az
close
up
RU

Diplomatik xidmət orqanlarında staj və sınaq keçmə qaydası müəyyənləşir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Diplomatik xidmət orqanlarında staj və sınaq keçmə qaydası müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmətə müsabiqənin hər iki mərhələsindən keçərək qəbul edilən şəxslər 6 (altı) ay müddətinə əmək müqaviləsi bağlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) müvafiq vakant diplomatik vəzifəyə stajçı kimi təyin edilirlər. Staj müddəti bitdikdən sonra əmək və icra intizamı müsbət qiymətləndirilən stajçılarla, həmçinin yazılı imtahan mərhələsindən azad edilən şəxslərlə diplomatik xidmətə qəbul olunan şəxslərlə əmək müqaviləsi bağlanılır və onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) 3 (üç) ay sınaq müddəti ilə diplomatik xidmətə qəbul edilirlər. Sınaq müddətində əmək müqaviləsinə xitam verilməyən və sınaq müddəti bitdikdən sonra fəaliyyəti müsbət qiymətləndirilən şəxslə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında müddətsiz əmək müqaviləsi bağlanılır və həmin şəxs daimi diplomatik xidmətə qəbul edilir. Staj və ya sınaq müddəti müvəffəqiyyətlə başa vurmadıqda stajçı ilə və ya sınaq müddəti ilə diplomatik xidmətə qəbul edilmiş şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) staj və sınaq müddəti faktiki olaraq əmək funksiyasının icra edildiyi iş vaxtından ibarətdir. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla şəxsin işdə olmadığı dövrlər staj və sınaq müddətlərinə daxil edilmir. Diplomatik xidmətə qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) müsabiqə elan olunmuş vakant diplomatik vəzifələrin sayının müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin sayından az olması səbəbindən stajçı kimi diplomatik xidmətə qəbul edilmələri mümkün olmayan namizədlər 2 (iki) il müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ehtiyat kadr kimi saxlanılırlar. Bu müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) namizədin müvəffəqiyyət qazandığı vəzifə üzrə vakant yer yarandıqda, həmin namizəd onun razılığı ilə müvafiq vəzifəyə təyin edilir və ehtiyat kadrlar siyahısından çıxarılır. Namizədin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ehtiyat kadr kimi saxlanılması onun digər dövlət orqanında vəzifəyə qəbul üzrə keçirilən müsabiqədə iştirakını məhdudlaşdırmır.

Layihə III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri