Kobaxidze: “İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa yeni təkan verəcək“
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə işgüzar səfərdə olan erməni həmkarı Nikol Paşinyanla görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regional məsələləri, xüsusilə Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmalarını müzakirə ediblər.
"İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa və sabitliyə yeni təkan verəcək", - Kobaxidze qeyd edib.
Görüş zamanı Paşinyan regional kommunikasiyaların, xüsusən də Tramp marşrutunun (TRIPP) reallaşmasına yönəlmiş layihələrin həyata keçirilməsinin təfərrüatlarını açıqlayıb.
Tərəflər iki ölkə arasında ticarət-iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Oktyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















