Icma.az
close
up
RU
“Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olunub

“Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olunub

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bakı və Şuşa şəhərlərində iyulun 8-9-da Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nəşri olan “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq dəyirmi masa tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Tədbirdə 16 xarici ölkədən xarici işlər nazirliklərinin nümayəndələri, tanınmış beyin mərkəzlərinin təmsilçiləri, eləcə də beynəlxalq münasibətlər və diplomatik təhlil sahəsində ixtisaslaşmış jurnalların redaktorları və ekspertləri iştirak edib.

Dəyirmi masanın əsas məqsədi, dost və tərəfdaş ölkələrin Xarici İşlər Nazirliklərinin rəsmi nəşrləri istiqamətində, habelə müasir beynəlxalq münasibətlər sistemində strateji təhlilin əhəmiyyətinə dair fikir və təcrübə mübadiləsi aparılmasıdır.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Diplomatiya Aləmi” jurnalının son 20 ildə Azərbaycanın xarici siyasət prioritetlərini və beynəlxalq proseslərə münasibətini əks etdirən önəmli platforma rolunu oynadığını vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və açıq xarici siyasət kursuna vurğu edən nazir, Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna diqqət çəkib.

Çıxış zamanı nazir postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və sülh sazişinin imzalanmasına maneə törədən əsas məsələlər barədə ətraflı məlumat verib.

O, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakını xüsusi vurğulayaraq COP29-a ev sahibliyini, Qoşulmama Hərəkatına uğurlu sədrliyini, eləcə də ölkəmizin qarşıdakı dövrdə UNESCAP-ın 82-ci sessiyası, 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü kimi mühüm tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçılar üçün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər təşkil olunub. Səfər zamanı qonaqlar Ermənistanın işğal siyasətinin nəticələri, dağıdılmış infrastruktur və tarixi-mədəni abidələr, eləcə də yenidənqurma və bərpa işləri ilə yerində tanış olublar. Şuşanın tarixi və mədəni irsinə dair təqdimatlar keçirilib, səfər mədəni proqramla tamamlanıb.

“Diplomatiya Aləmi” jurnalının yubileyinə həsr olunmuş dəyirmi masa tədbiri iştirakçı ölkələr arasında institusional tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri