Icma.az
close
up
RU
“Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib FOTO

“Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

8–9 iyul 2025-ci il tarixlərində Bakı və Şuşa şəhərlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nəşri olan “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq dəyirmi masa tədbiri keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, tədbirdə 16 xarici ölkədən xarici işlər nazirliklərinin nümayəndələri, tanınmış beyin mərkəzlərinin təmsilçiləri, eləcə də beynəlxalq münasibətlər və diplomatik təhlil sahəsində ixtisaslaşmış jurnalların redaktorları və ekspertləri iştirak edib.

Dəyirmi masanın əsas məqsədi, dost və tərəfdaş ölkələrin Xarici İşlər Nazirliklərinin rəsmi nəşrləri istiqamətində, habelə müasir beynəlxalq münasibətlər sistemində strateji təhlilin əhəmiyyətinə dair fikir və təcrübə mübadiləsi aparılmasıdır.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Diplomatiya Aləmi” jurnalının son 20 ildə Azərbaycanın xarici siyasət prioritetlərini və beynəlxalq proseslərə münasibətini əks etdirən önəmli platforma rolunu oynadığını vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və açıq xarici siyasət kursuna vurğu edən nazir, Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna diqqət çəkib.

Çıxış zamanı nazir postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və sülh sazişinin imzalanmasına maneə törədən əsas məsələlər barədə ətraflı məlumat verib.

O, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakını xüsusi vurğulayaraq COP29-a ev sahibliyini, Qoşulmama Hərəkatına uğurlu sədrliyini, eləcə də ölkəmizin qarşıdakı dövrdə UNESCAP-ın 82-ci sessiyası, 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü kimi mühüm tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçılar üçün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər təşkil olunub. Səfər zamanı qonaqlar Ermənistanın işğal siyasətinin nəticələri, dağıdılmış infrastruktur və tarixi-mədəni abidələr, eləcə də yenidənqurma və bərpa işləri ilə yerində tanış olublar. Şuşanın tarixi və mədəni irsinə dair təqdimatlar keçirilib, səfər mədəni proqramla tamamlanıb.

“Diplomatiya Aləmi” jurnalının yubileyinə həsr olunmuş dəyirmi masa tədbiri iştirakçı ölkələr arasında institusional tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyul 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri