Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Diplomatiya danışanda silahların susduğu dünya

Diplomatiya danışanda silahların susduğu dünya

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

11 sentyabr hadisəsi müharibələrin uzun kölgəsini və sülhün yeni üfüqlərini üzə çıxardı

25 il bundan əvvəl ABŞ-da törədilmiş 11 sentyabr qanlı terror hadisəsi qlobal siyasət meydanında əsaslı dəyişikliklərə təkan verən həlledici faza hesab edilir. Kütləvi itkilərlə nəticələnən sarsıdıcı hücumların ardınca rəsmi Vaşinqton qlobal təhlükəsizlik doktrinasını kökündən dəyişdirdi. Xarici siyasət masasına dərhal qlobal terrora qarşı müharibə konsepsiyası qoyuldu.

Hadisələrin inkişaf tempi sürətləndi, qısa müddətdə Əfqanıstan, daha sonra isə İraq kampaniyaları başladı. Qlobal arxitektura qəfil transformasiyaya uğradı. Beynəlxalq hüquq normaları hərbi zərurət fonunda arxa plana keçdi. Dövlətlərarası münasibətlər sistemində güc faktorunun dominantlığı yenidən təsdiqləndi. Vaşinqton beynəlxalq koalisiya yaradaraq radikal qruplaşmalarla mübarizəni bəşəriyyətin taleyüklü məsələsi kimi təqdim etdi. Yaranmış gərgin vəziyyət iqtisadi bazarlara, qlobal tranzit yollarına mənfi təsir göstərdi.

Dünya ictimaiyyəti baş verən proseslərin gələcəkdə hansı strateji kataklizmlərə yol açacağını hələ tam dərk etmirdi. Sadəcə asimmetrik təhdidlərin artması qorxusu ictimai şüuru idarə edirdi. Təhlükəsizlik orqanları böyük səlahiyyətlər əldə edərək vətəndaşların şəxsi həyatına müdaxilə imkanlarını artırdılar. Qanunvericilik aktları dəyişdirildi, xüsusi xidmət orqanlarının əməliyyat imkanları görünməmiş səviyyəyə çatdırıldı. Radikal qruplara maliyyə axınlarının qarşısını almaq məqsədilə qlobal bank sistemi ciddi nəzarətə götürüldü.

Əməliyyatların coğrafi miqyası çox sürətlə genişlənərək ilkin sərhədləri aşdı. Əfqanıstanın ardınca 2003-cü ildə İraqın işğalı artıq məlum 11 sentyabr hücumlarının vasitəsiz cavabı sayılmırdı. Beynəlxalq kəşfiyyat hesabatları, analitik sənədlər İraqın sözügedən terror aktlarında hər hansı iştirakı ilə əlaqədar ən kiçik sübut belə ortaya qoya bilmədi. Kütləvi qırğın silahları ilə əlaqədar irəli sürülən rəsmi əsaslandırma isə illər sonra tamamilə əsassız çıxdı. Beynəlxalq təşkilatların ekspertləri, xüsusi komissiyalar aylarla davam edən yoxlamalar nəticəsində gizli arsenalın mövcudluğunu təsdiqləmədilər. Göstərilən faktlara baxmayaraq, Vaşinqton hərbi qərarından dönmədi. Hadisələrin sonrakı inkişafı Yaxın Şərq regionunda sabitliyi kökündən sarsıtdı. Dövlət institutlarının dağıdılması səbəbindən mülki əhali böyük əziyyət çəkdi. Yaranmış hakimiyyət boşluğu fərqli radikal elementlərin əraziyə axışmasına səbəb oldu. İnzibati idarəetmə itirildi, iqtisadi infrastruktur darmadağın edildi. Qlobal ictimaiyyət, xüsusən də Qərb müttəfiqləri yaranmış mənzərə qarşısında fikir ayrılığına düşdülər. Fransa, Almaniya kimi aparıcı Avropa dövlətləri İraq müdaxiləsini dəstəkləməkdən imtina etdilər. Ziddiyyətlər qlobal alyansların daxili bütövlüyünə zərər vurdu. Siyasi realizm məktəbinin nümayəndələri yaranmış mənzərəni sırf geostrateji hegemonluq davası adlandırırdılar.

Həyata keçirilən İraq və Əfqanıstan əməliyyatları hərbi gücün sərhədlərini, onun universal həll vasitəsi olmadığını aydın şəkildə göstərdi. Vaşinqton hərbi baxımdan rəqibsiz gücə və misilsiz texnoloji üstünlüyə malik olsa da, siyasi sabitliyin təmin edilməsi və uzunmüddətli sülhün qurulması daha mürəkkəb və çətin vəzifəyə çevrildi. Kosmik kəşfiyyat imkanları, dəqiq zərbələr endirən dronlar və ən müasir hərbi texnologiyalar cəmiyyətlərin daxili dinamikasını, tarixi yaddaşını və sosial reallıqlarını nəzərə almaqda aciz qaldı. Çünki dövlət quruculuğu yalnız fiziki infrastrukturun yaradılmasından ibarət deyil. Dayanıqlı dövlət institutları, ədalətli hüquq sistemi və idarəetməyə ictimai etimad, ilk növbədə, yerli cəmiyyətin daxilində formalaşmalıdır. Xarici müdaxilə şəraitində formalaşdırılan siyasi sistemlər isə legitimlik problemi ilə üzləşdi. İşğalçı qüvvə kimi qəbul edilən xarici ordulara qarşı silahlı müqavimət şəbəkələri gücləndi, partizan taktikaları isə texnoloji baxımdan üstün hərbi maşının imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

ABŞ-ın 20 illik hərbi-siyasi mövcudluğundan sonra Əfqanıstandan çıxması hərbi gücün imkanları ilə siyasi nəticələr arasındakı fərqi nümayiş etdirən nümunəyə çevrildi. Xarici hərbi qüvvələrin geri çəkilməsi ilə illər ərzində qurulan siyasi sistemin qısa müddətdə çökməsi göstərdi ki, dayanıqlı dövlət yalnız hərbi üstünlük hesabına formalaşdırıla bilməz. Nəticə etibarilə, milli dövlət quruculuğunun yalnız kobud gücə söykənən modeli nə siyasi, nə də sosial baxımdan davamlı oldu.

Sərt təhlükəsizlik siyasətinin ən dağıdıcı sosial nəticələrindən biri də qlobal miqyasda islamofobiyanın güclənməsi oldu. Hücumlardan sonrakı illərdə müsəlmanlara qarşı kəskin şübhə, qərəz, açıq ayrı-seçkilik, nifrət halları geometrik silsilə ilə artdı. Dövlət təhlükəsizliyi qayğıları ilə sıravi vətəndaşların dini kimliyinin süni şəkildə eyniləşdirilməsi nəticəsində məlum stereotiplər – yəni dindar insanın dərhal potensial terrorçu kimi damğalanması cəmiyyətin şüur altına yeridildi. Gündəlik həyatda işə qəbul, təhsil, hətta ictimai nəqliyyatda hərəkət belə xüsusi rəftarla, qərəzli baxışlarla müşayiət olundu. Qərb mediası mənfi imici qidalandıran təbliğat ruporuna çevrildi. Reallıqdan uzaq qorxu xəbərləri, reportajlar, kəskin çıxışlar radikallaşmanı daha da tətiklədi. Nəticədə inteqrasiya, tolerantlıq kimi ali dəyərlər aşındı. Məscidlərin vandalizm aktlarına məruz qalması, hicablı qadınlara yönəlik psixoloji, fiziki təzyiqlər demokratik təsisatların qüsurlarını faş etdi. Qanunvericilik səviyyəsində irəli sürülən miqrasiya qadağaları sırf dini mənsubiyyət amilinə əsaslanırdı. Çoxmədəniyyətlilik paradiqması dərin böhranla üzləşdi. Daxili qütbləşmə cəmiyyətin sütunlarını sarsıtdı, fərqli etnik qruplar arasında uçurum yaratdı.

Nəticə etibarilə Vaşinqton tərəfindən həyata keçirilən Yaxın Şərq siyasəti qısa müddət sonra hədəflənən məqsədlərə tamamilə zidd, eyni zamanda, kəskin strateji fəsadlar doğurdu. Ən qabarıq göstəricilərdən sayılan İraqın güclü mərkəzi dövlət kimi zəifləməsi, yaranmış misilsiz regional xaos Tehranın təsir imkanlarının boşluqlar fonunda sürətlə artmasına səbəb oldu. İraq ordusunun ləğv edilməsi kimi bəsit görünən qərarlar regionun qüvvələr balansını alt-üst etdi. Vaşinqtonun səhvləri rəqiblərin güclənməsi ilə nəticələndi. Xüsusi coğrafi zolağın formalaşması ərəb monarxiyalarını təşvişə saldı. Vəkalət müharibələri həmin dövlətlərin resurslarını tükəndirdi, minlərlə insanın həlak olmasına gətirib çıxardı. Asimmetrik hərbi strategiyalar rəqabət qabiliyyətini artırdı.

25 ildən sonra qlobal ictimai rəyi narahat edən əsas sual tamamilə dəyişib. Vaşinqton postmodern dünyanı müharibə, amansız sanksiyalar vasitəsilə, yoxsa konstruktiv diplomatiya, iqtisadi dialoq mexanizmləri ilə formalaşdıracaq? Günümüzdə məlum sentyabr olaylarının tarixi mirası artıq yalnız dar çərçivədə terrorla mübarizədən ibarət sayıla bilməz. Əsas məsələ hegemon dövlətin hərbi müdaxilə alətlərindən diplomatik, mütərəqqi vasitələrə nə dərəcədə, hansı sürətlə keçid edə bilməsindən asılıdır. İqtisadi tərəfdaşlıq raketlərdən daha etibarlı təhlükəsizlik kəməri yaradır. Dünya artıq qlobal rəqəmsallaşma, süni intellekt rəqabəti, iqlim dəyişiklikləri kimi bəşəri təhdidlərlə üz-üzədir. Köhnə üsullarla, tanklarla, qırıcı təyyarələrlə həmin innovativ çağırışlara cavab vermək tamamilə imkansızdır.

Siyasi arenada səsləndirilən bəyanatlar cəmiyyətə, ilk növbədə, dəyişiklik vədi təqdim edir. Donald Trampın seçki ritorikasında da bu tezis mühüm yer tutur. Tramp həm daxili, həm də xarici auditoriya qarşısında özünü hərbi müdaxilələrə son qoyan, ABŞ-ın üzərinə düşən ağır maliyyə yükünü azaltmağa çalışan və yeni müharibələrin qarşısını almağı hədəfləyən praqmatik lider obrazında təqdim edib. Qeyd olunan dağıdıcı beynəlxalq kataklizmlər və xaos ssenariləri fonunda diqqəti Cənubi Qafqaza, xüsusilə də Azərbaycana yönəltdikdə, müsbət inkişaf modelinin aydın mənzərəsi ortaya çıxır. Müasir dövrdə Azərbaycan-ABŞ münasibətlərinin inkişaf səviyyəsini yalnız klassik enerji resurslarının ixracı, karbohidrogen təhlükəsizliyi kimi dar prizmadan təhlil etmək reallığı tam əks etdirmir. Sözügedən əlaqələri sülh, regional dayanıqlı sabitlik, nəqliyyat qovşaqlarının genişlənməsi, beynəlxalq iqtisadi əməkdaşlıq konteksində ictimaiyyətə təqdim etmək ən doğru seçimdir. Rəsmi Vaşinqtonun Azərbaycan-Ermənistan arasında məlum sülh prosesində, həmçinin dövlətlərarası sərhədlərin delimitasiyası təşəbbüslərində fəal vasitəçilik rolu göstərilən istiqamətdə uğurlu nümunə kimi qiymətləndirilməlidir.

11 sentyabrın tarixi dərsi bəlkə də məhz bundan ibarətdir: təhlükəsizlik yalnız silahla təmin edilmir. Əgər Vaşinqton həqiqətən yeni mərhələyə qədəm qoymaq istəyirsə, bu niyyətin ən mühüm göstəricisi yeni müharibələrə yol açmaq deyil, mövcud münaqişələri sülh yolu ilə və davamlı şəkildə başa çatdırmaq olmalıdır. Azərbaycanla münasibətlərdə formalaşan əməkdaşlıq gündəliyi də məhz bu prizmadan – qarşıdurmadan iqtisadi əməkdaşlığa, müharibədən davamlı sülhə, geosiyasi rəqabətdən qarşılıqlı faydaya keçidin müsbət regional nümunəsi kimi dəyərləndirilə bilər.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri