Icma.az
close
up
RU
Payızda bu avtomobillər ucuzlaşa bilər

Payızda bu avtomobillər ucuzlaşa bilər

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycanda avtomobil bazarında payız aylarında canlanma gözlənilir. Sentyabrın ortalarından etibarən alıcı fəallığının artması bazardakı qiymətlərə də təsir göstərə bilər. Lakin bütün avtomobillərin qiymətində eyni istiqamətdə dəyişiklik gözlənilmir. Xüsusilə istehsal ili köhnə, yürüşü yüksək və alıcı tələbatı nisbətən zəif olan avtomobillərin qiymətində endirimlər mümkündür.
Bizim.Media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının avqust ayı üzrə məlumatlarına görə, avtomobil bazarında median qiymət 16 800 manat təşkil edib.
İyul ayı ilə müqayisədə bu göstərici 1,2 faiz azalıb. Eyni zamanda, bəzi məşhur modellərin qiymətində də ucuzlaşma müşahidə olunub.
Məsələn, LADA 2107-nin orta qiyməti 5 600 manatdan 5 500 manata düşüb. Hyundai Sonata 22 000 manatdan 21 800 manata, Chevrolet Cruze isə 13 300 manatdan 13 200 manata ucuzlaşıb. Kia Sorento və Hyundai Santa Fe modellərində də müvafiq olaraq 0,6 və 0,7 faiz ucuzlaşma qeydə alınıb. Bu tendensiyanın qarşıdakı aylarda da davam edəcəyi gözlənilir.
 

Mütəxəssislərin fikrincə, payızda xüsusilə bazarda çoxlu sayda təklif olunan və uzun müddət satılmayan avtomobillərdə qiymət endirimləri daha çox müşahidə olunacaq. İstehsal ili köhnə və yürüşü yüksək olan avtomobillərin sahibləri də satışları sürətləndirmək üçün qiymətləri aşağı salmağa məcbur qalacaqlar. Çünki belə avtomobillərə maraq daha məhdud olur və onların satılması üçün müəyyən güzəştlərə ehtiyac yaranır.


Bununla belə, tələbatın yüksək olduğu yeni və nisbətən yeni avtomobillərin qiymətində ciddi ucuzlaşma gözlənilmir. Buna görə də payız aylarında avtomobil almaq istəyənlər bazardakı elanları müqayisə etməli, avtomobilin yaşı və yürüşü ilə yanaşı, satış müddətinə də diqqət yetirməlidirlər. (Metbuat.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri