Icma.az
close
up
RU
Diplomatların sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması qaydası müəyyənləşir

Diplomatların sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması qaydası müəyyənləşir

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Diplomatik xidmət orqanı əməkdaşının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması qaydası müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanlarında ştat vahidi ixtisar edildikdə və ya diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda, habelə Rotasiya qaydasında diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət əməkdaşı tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati və ya yardımçı vəzifə tutan əməkdaş rotasiya qaydasında tutduğu vəzifədən azad edildikdə, diplomatik xidmət orqanlarında tutduğu diplomatik vəzifədən azad edilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və ya konsulluqda vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşı geri çağırıldıqda və diplomatik xidmət orqanı əməkdaşının geri çağırılması hallarında (diplomatik nümayəndəlikdə və ya konsulluqda müəyyən edilmiş xidmət müddəti bitdikdə, xidməti zərurət yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri ilə razılaşdırmaqla öz təşəbbüsü olduqda, xidmət keçdiyi diplomatik nümayəndəliyin və ya konsulluğun fəaliyyəti dayandırıldıqda (yaxud məhdudlaşdırıldıqda), qəbul edən dövlətdə təhlükəsizliyinə təhdid yarandıqda, normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə, məhdudiyyətlərə və ya əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etmədikdə, özü və ya ailə üzvləri tərəfindən qəbul edən dövlətin qanunlarına və adət-ənənələrinə hörmətsizlik göstərildikdə, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə edildikdə, qəbul edən dövlət tərəfindən arzuolunmaz şəxs hesab edildikdə) diplomatik xidmət orqanı əməkdaşı 3 (üç) ayadək müddətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur və onun tutduğu son vəzifə üzrə dövlət məvacibi ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşı fəaliyyətini başa vurduqdan sonra və ya fəaliyyətinin bitmə müddətindən əvvəl geri çağırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunduqda diplomatik xidmət orqanı əməkdaşı 3 (üç) ayadək müddətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur və onun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduğu son vəzifə üzrə dövlət məvacibi ödənilir.

Diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 5 (beş) faizindən artıq olmamaq şərtilə diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən rəsmiləşdirilir. Diplomatik xidmət orqanı əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduğu tarixdən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərinin icrasına buraxılmır. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış diplomatik xidmət orqanı əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrinin icrasına buraxılır.Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış diplomatik xidmət orqanı əməkdaşı barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı qanuni qüvvəyə mindiyi tarixdən həmin əməkdaşın diplomatik xidmət orqanlarında xidmətinə xitam verilir.

Diplomatik xidmət orqanı əməkdaşı intizam tənbehi tədbirləri görülməsinə səbəb olan əməlləri törədib-törətməməsinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2 (iki) ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma diplomatik xidmət orqanı əməkdaşının öz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq ən geci 2 (iki) ay müddətində əməkdaş barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına və ya intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul edilir.

Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində diplomatik xidmət orqanı əməkdaşına tutduğu vəzifə üzrə dövlət məvacibi tam həcmdə ödənilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri