Icma.az
close
up
RU
Diplomlu, ali təhsilli hamballarımız… Təbriz VƏFALI YAZIR

Diplomlu, ali təhsilli hamballarımız… Təbriz VƏFALI YAZIR

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin direktoru

***

Tarixə gömülmüş keçmiş SSRİ dövründə digər Sovet Respublikalarında olduğu kimi Azərbaycan SSR-də də işsizlik demək olar ki yox səviyyəsində idi. Çünki Sovet dövründə əmək qabiliyyətli insanların işsiz qalması, bekar olması az qala böyük cinayət sayılırdı, Vətənə xəyanət kimi başa düşülürdü.

Ona görə də Sovet İttifaqında icbari əmək siyasəti yürüdülürdü, 15 sovet respublikasının hər birində icbari iş sistemi mövcud idi. Məsələn, ali təhsili olmayanlar, o cümlədən orta məktəbi natamam bitirənlər, yəni, bir neçə sinif oxuyanlar mütləq kolxozlarda, sovxozlarda, müəssiələrdə, fabriklərdə, idarə və təşkilatlarda mütləq icbari işlə təmin edilirdilər. Hərbi xidmətini başa vurmuş gənclər ən uzağı 2 ay işsiz qala bilərdilər. Sonra onlar işlə təmin edilirdilər. Ali təhsillərini bitirmiş və diplom almış gənclər isə dərhal təyiantla işə göndərilirdi, yaxud, onların öz ixtisasları üzrə iş tapmalarına şərait yaradılırdı. 

Ali təhsilli, diplomlu şəxslər hərbi xidmətə göndərilmirdi. Zabit kimi rütbə almış ali savadlılar isə bir neçə ildən bir 45-60 günlük hərbi toplanışa dəvət edilsələr də, iş yerlərini itirmirdilər. Bunun üçün dövlət tərəfindən hərbi toplanışa çağırılan şəxsin işlədiyi idarəyə təzminat ödənilirdi və sözügedən toplanış bitdikdən sonra yeni rütbə almış vətəndaş yenidən əvvəlki iş yerinə qayıda və işləyə bilirdi...

Azərbaycan müstəqillik qazandıqdan sonra sosial-iqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanda alverçilik ideologiyası işsizlikdən və maddi imkansızlıqdan əziyyət çəkən insanların beyinlərinə zorla yeridildi. Ali təhsilli və diplomlu insanlardan bəziləri alverə girişdilər, digərləri ya fəhləliklə məşğul oldular, ya da bazarlarda, vağzallarda, anbarlarda və digər yerlərdə yük daşıyan hamballar kimi gündəmə düşdülər. 

Bakıda dillər əzəbri olan “qul bazarları”nda isti-soyuq, günəşli, bürkülü, yağışlı-qarlı, ayazl-şaxtalı havalarda gündəlik iş tapmağa məcbur qalan, ailələrinə bir qarın çörək və gündəlik ruzi qazanmağa ümid edən hamballar arasında ali təhslilli və diplomlu şəxslər də var idi. 

Artıq neçə illərdir ki, Azərbaycanda hər il işsizlik müavinəti alanlar və işsiz kimi qeydiyyata alınanlar arasında ali təhsilli və diplomlu şəxslərə də rast gəlinir. Bəzi işsiz diplomlular peşə hazırlığı kurslarına cəlb edilsələr də, onların təmin olunduqları işlər öz ixtisasları üzrə seçilmir, yaxud, məcburən başqa ixtisas üzrə işlə təmin edilirlər. Yəni, onların ali təhsilə sərf etdikləri 4 və ya 5 illik müddət, çəkilən zəhmətlər, eləcə də diplomlar heç bir şeyə yaramır...

Adətən yay mövsümündə ali məktəbləri bitirənlərin və ali məktəblərə qəbul olan abituriyentlərin sevinclərinin həddi-hüdudu bilinmir. Ancaq ali məktəb bitirənlərdən bəzilərinin işlə təminatı sanki açılmayan kor düyünə çevrildiyindən diplom alanların keflərinə açı soğan doğranır. Üstəlik, 4 il təhsil alacaq bəzi abituriyentlərin də eyni aqibətlə üzləşəcəyi ürəkağrıdan mənzərə olacaq. Ona görə də sözügedən problemin kökündən həlli üçün müvafiq dövlət qurumları, o cümlədən Əmək və Əhaliniin Sosial Müdafiəsi və Təhsil nazirlikləri tərəfindən birgə layihələrin, proqramların hazırlamasına və icra edilməsinə ehtiyac var. Gələcəkdə diplom alacaq şəxslərin işsiz qalmaması üçün ali təhsil müəssisələri tərəfindən də müəyyən adekvat addımları atmalıdırlar. Əks halda ali təhsillilərin və gələcəkdə məzun olacaq şəxslərin alacaqları diplomlar toz içində itib-batacaq, bir zibilə dərman olmayacaq və sonra mərhum şairimiz Famil Mehdinin “Dilən, professor, utanma, dilən...” şeirində dediyi kimi:

“Hanı o qırmızı diplomlar, hanı?

Nəyimə gərəkdir torbada qala,

Çıxar, hamısını cır at, tapdala.

Yandır cild-cild, yansın əl yazıların, 

Sən kimə gərəksən, o kimə lazım?

O fəxri fərmanları,

Təşəkkürləri yandır,

Dünya aldanan yox, bil aldadandır...

Dilən, professor, utanma, dilən,

Dillən, professor, utanma, dillən...”

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 İyul 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri