Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Diqqət! Ağdam stansiyası, sonuncudur

Diqqət! Ağdam stansiyası, sonuncudur

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən səhər saat 07:10-da Bakıdan yola düşən qatar sadəcə relslərlə Ağdama çatmırdı – 32 illik həsrətin, Böyük Qayıdışın və Azərbaycanın dirçəlişinin hekayəsini daşıyırdı. Qatarın hər təkəri, hər səsi sanki unudulmaz xatirələri oyadır, ürəklərdə həm həyəcan, həm də qürur dalğası yaradırdı.

Səyahətə qatılanlar arasında media nümayəndələri, bloqerlər, ziyalılar, Qarabağ müharibəsi veteranları və Milli Qəhrəmanların ailələri vardı. Hər kəs üçün bu an qürur, həyəcan və dərin duyğularla dolu idi; baxışlarda keçmişin ağrısı və gələcəyə olan ümid bir arada görünürdü.

Qatar İsveçrənin "Stadler" şirkətinin müasir "FLIRT" markalı qatarları ilə təmin edilmişdi. Sərnişinlər rahat, təhlükəsiz və sürətli səyahətin dadını çıxarır, ödənişsiz Wi-Fi xidməti ilə əlaqədə qalırdılar. Azərbaycan Dəmir Yolları sayəsində 32 illik fasilədən sonra Bakı–Ağdam marşrutu yenidən açıldı. Qatarda marşrutun təhlükəsizliyi, sərnişin rahatlığı və bilet sisteminin əlçatanlığı yüksək səviyyədə təşkil edilmişdi. Bu xidmət, insanların Ağdama səyahətini həm rahat, həm də təhlükəsiz etdi və eyni zamanda bu tarixi səfəri xatirələrdə əbədiləşdirdi.

Ağdam stansiyasına çatanda sərnişinlərdə dərin emosiyalar yaşandı. 32 il ərzində şəhərin üzləşdiyi dağıntılar göz önündə canlanır, sonra isə burada bərpa işlərinin aparıldığını görmək ürəyimizə su sərpirdi. Hər kəs sanki bir zaman maşınında keçmiş və gələcək arasında səyahət edirdi.

Xüsusi anlardan biri sərnişinlər arasında Əkbər Rüstəmovun olması idi. O, 1988-ci ildən qalma, güllə ilə deşik-deşik olmuş bayrağı da Ağdama gətirmişdi. Hər kəs onu diqqətlə izləyirdi; bu bayraq sanki tarix danışır, şərəfi və qüruru daşıyırdı. Əkbər bəy isə sadəcə bir sərnişin deyildi – o, şəhid atası idi, bu bayraqla həm şəxsi, həm də bütün Azərbaycan üçün tarixi bir anı yaşadırdı. Hər baxışda, hər addımda tarix sanki yenidən nəfəs alırdı.

Vağzalda musiqi dəqiqələri sərnişinləri salamladı. "Vətən yaxşıdır"....

Xanəndələr və musiqiçilər ifaları ilə tarixi səfəri daha da emosional etdi. Hər kəs düşünürdü: "32 il sonra biz də bu qatara mindik, tarixə yazıldıq." Musiqi və ritmlər sanki keçmişin həsrətini, gələcəyə olan ümidləri birləşdirirdi.

Qatarın geri dönüşü zamanı sərnişinlər Bakıdan Ağdama qədər keçdikləri marşrutun hər dayanacağı – Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd – haqqında xatirələrini bölüşürdü. Hər dayanacaq bir keçmişi xatırladır, hər kilometr gələcəyə doğru addım atmaq demək idi. İnsanlar sanki hər rels səsiylə zamanın ritmini duyur, 32 illik fasilədən sonra yenidən həyatın canlandığını hiss edirdilər.

Bu marşrut yalnız nəqliyyat xidməti deyil, həm də Böyük Qayıdışın, Ağdamın sosial-iqtisadi inkişafının və tariximizin dirçəlişinin canlı simvoludur. İnsanlar yenidən Ağdama gedir, şəhərlə tanış olur və gələcəyə inamla baxır. Bu səfər həm də Azərbaycan Dəmir Yolları sayəsində mümkün oldu; onların təşkilatı və diqqəti sayəsində tarix və gələcək relslərdə birləşdi.

Qalereya

Şahanə Xankişiyeva

Foto: Təranə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri