DİQQƏT: Avtomobilin texniki pasportunu itirsəniz hansı addımı atmalı və nə qədər rüsum ödəməlisiniz? KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Son günlər, “Sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu itdikdə, onu necə bərpa etməliyik” sualı avtomobil idarə edən şəxsləri daha çox maraqlandırır.
Ümumiyyətlə, texpasportu itirsək yenidən almaq üçün cəriməsi, rüsumu nə qədərdir?
Bu barədə bir çox vətəndasşlar məlumatsızdır və maariflənmək istəyirlər. Mövzunun aktuallığını nəzərə alaraq hüquqşünas Ramil Süleymanova bununla bağlı sual ünvanladıq.
Ramil Süleymanov
KONKRET.az-a açıqlamasında vəkil texpasportu itirdikdə hansı addımların atılmalı olduğuna və nə qədər cərimə ödənilməsinə aydınlıq gətirdi:
“Avtomobilin texniki pasportu itirsə, öncə vətəndaş bununla bağlı ərazi üzrə qeydiyyatda olduğu rayon polis şöbəsinə məlumat verməlidir. Bununla yanaşı imtahan qeydiyyat şöbələrinə və ya Respublika İmtahan-Qeydiyyat İdarəsinə müraciət ünvanlanmalıdır. Daha sonra isə texpasportun itdiyini sübuta yetirən müvafiq ərziə doldurulur. Burada avtomobilin qeydiyyat şəhadətnaməsinin itdiyi bildirilir. Bundan sonra vətəndaş texniki baxışa görə 30 manat məbləğində dövlət rüsumu ödəyir. Eyni zamanda 30 manat da texniki pasportun dövlət rüsumunu ödəməklə, onun yenisini əldə edir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















