DİQQƏT: Bu şəxslərin dəfn və yas xərclərini bələdiyyələr qarşılaya bilər KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dəfn və yas mərasimlərinin xərclərinin bələdiyyələr tərəfindən qarşılanıb-qarşılanmaması məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur. Bəs görəsən, bu xərclərin bələdiyyələr tərəfindən ödənilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, bununla bağlı bələdiyyələrin heç bir məcburiyyəti yoxdur:
“Xüsusi kateqoriyalı insanlar, müharibədə şəhid olanlar, milli qəhrəmanlar və bəzi dövlət qulluqçuları üçün istisnalar mümkümdür. Onların dəfn və yas mərasimləri dövlət büdcəsindən qarşılanır. Lakin bələdiyyələrin vətəndaşların dəfn və ya yas xərclərini ödəməsi barədə qanunvericilikdə heç bir müddəa yoxdur”.
Hüquqşünasın sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, bələdiyyələrə bu istiqamətdə öhdəlik verilmir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 01 Sentyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















