Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Nazim Süleymanov demişkən, futbolun meyvəsi qoldu. Amma qol təkcə meyvə deyil, həm də istənilən komandaya qələbə qazandıran vasitədi. Qol vurmursansa, necə qələbə qazanacaqsan?!
Kim nə deyir-desin, “Qarabağ” dünənki oyunda bircə dənə də real qol vəziyyəti yarada bilmədi. Bununla da komandanın qolsuzluq seriyası 6 saata yaxınlaşdı. Bu necə olur?
Mübarizə Avropa Liqasından başlayan “Qarabağ” ilk təsnifat mərhələsinin “Vestri” ilə səfər oyununun 57-ci dəqiqəsində hesabı 3:0 edəndən sonraa susub. İslandiya klubu ilə oyunun son 33 və artırılan 1, ÇSKA ilə ilk oyunun 90 və artırılan 5, cavab oyununun 120 və hissələrə əlavə olunan 7, nəhayət, “Dinamo” ilə oyunun 90 və artırılan 9 dəqiqəsində topu rəqib qapısından keçirmək mümkün olmayıb. Bununla da “quru” seriya 355 dəqiqəyə çatıb. Bir sözlə, “Qarabağ” 6 saata yaxındı qol vura bilmir.
Dəhşətlisi odu ki, işıq ucu da görünmür. Savo zədəlidi, Musa Qurbanlı formada deyil, Kaşuk nə etdiyini bilmir...
İSRAYIL XEYRULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Avqust 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















