Icma.az
close
up
RU
DİQQƏT! Meymunçiçəyi infeksiyası ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

DİQQƏT! Meymunçiçəyi infeksiyası ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları olan şəxslər, xəstə insanın açıq yara möhtəviyyatı ilə tamlığı pozulmuş dəri səthi olan insanlarda, immunçatışmazlığı olan şəxslərdə daha yüksəkdir.
Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, virusa yoluxma xəstə heyvan, insan və ya virusa bulaşmış materiallarla təmas yolu ilə baş verir: "Viruslar bədənə zədələnən dəri, respirator yollar və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Yoluxma ehtimalı xəstə insanla cinsi əlaqə ilə də baş verə bilər.
Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir".
Təyyar Eyvazov qeyd edib ki, xəstəlik əksər sağlam insanlarda yüngül keçir və qısa müddətdə sağalma ilə nəticələnir: "Xəstəliyi kiçik yaşlı uşaqlar, hamilə qadınlar, müxtəlif səbəblərdən immun çatmazlığı, o cümlədən ağır xroniki xəstəliyi olan və ahıl yaşlı şəxslər ağır keçirə bilər".
İnfeksionist deyib ki, M.pox infeksiyası 5-21 gün gizli dövrdən sonra başlayır: "Xəstələrdə ilk günlərdə qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya,(adətən qızdırma ilə eyni vaxtda başlyır, bir və ya ikitərəfli olur, qulaqətrafı, aksilyar, boyun və qasıq limfa düyünləri cəlb olunur, bel və əzələ ağrıları, güclü asteniya, daha az hallarda boğaz ağrısı, öskürək,asqıraq, mədə-bağırsaq əlamətləri –disfagiya, qusma, diareya görünür. Hərarət və digər prodromal əlamətlər adətən səpkilərin görünməsi ilə zəifləyir. Dəri səpgiləri adətən qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir. Səpkilər gövdədən daha çox üz və ətraflarda cəmləşir ( üzdə (95% ), ovuclara və ayaq altlarına (75%), ağız boşluğunun selikli qişaları (70%), cinsiyyət orqanları (30%), konyunktiva (20%), buynuz qişanın zədələnməsi rast gəlinir. 10 gün ərzində səpkilərin təkamülü ardıcıl olaraq aşağıdakı mərhələləri keçir: Çəhrayı rəngli makulalar, papulalar, vezikulalar (qovuqcuq) 2-5 mm ölçüdə, qaşınan, pustullar (sudurcuq), qartmaqlar, çapıq. Səpki az saylı və ya bir neçə minə qədər ola bilər. Ağır hallarda, birləşərək dərinin böyük sahəsinin soyulmasına səbəb ola bilər. Meymunçiçəyi adətən 2-4 həftə davam edir, lakin uşaqlarda, immundefisitli şəxslərdə daha uzun çəkə bilər".
İnfeksionist həmçinin virusdan qorunma yollarını da açıqlayıb. O diqqətə çatdırıb ki, hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar: "Meymunçiçəyinə yoluxan insanlar, xüsusən də tənəffüs simptomları (məs., öskürək, nəfəs darlığı, boğaz ağrısı) olduqda, tibbi maska taxmalıdır. Bu, hər hansı bir səbəbdən mümkün olmadıqda (məsələn, azyaşlı uşaq), digər ailə üzvləri xəstə ilə təmas zamanı tibbi maskadan istifadə etməlidirlər.
 

Digər insanlarla təmas riskini minimuma endirmək üçün xəstələrin dərisi mümkün qədər örtülməlidir (məs., uzunqol köynək, uzun şalvar və s.). Xəstələr, onlarla təmasda olanlar, xəstələrin paltarları, yataq dəsti ilə və ya kontaminasiya olunmuş materiallarla təmasda olmuş insanlar əl gigiyenasına əməl etməli və spirt əsaslı əl dezinfektantlarından istifadə etməlidirlər.


Xəstənin yataq dəstləri, dəsmalları, paltarları çırpılmadan standart paltaryuyan maşında və istənilən yuyucu vasitə ilə yuyula bilər. Xəstənin yemək qabları qabyuyan maşında və ya əl ilə ilıq su və istənilən qabyuyan vasitə ilə yuyula bilər. Çirklənmiş səthlər təmizlənməli və dezinfeksiya edilməlidir".
Təyyar Eyvazov meymunçiçəyi ilə suçiçəyi xəstəliyi arasındakı fərqlərdən danışıb. O əlavə edib ki, suçiçəyi üçün limfadenopatiya səciyyəvi deyil: "Səpkilər, əvvəlcə başın tüklü hissəsində, dərhal sonra gövdədə kiçik qırmızı papulalar olaraq əmələ gəlir, gözyaşı damlası şəkilində vezikulaya çevrilir. Elementlər daha çox mərkəzdə cəmləşir, meymun çiçəyi zamanı isə üz və ətraflarda olur (eləcə də ovucların içində və ayaq altında). Meymun çiçəyindən fərqli olaraq elementlər daha səthi olurlar və asanlıqla partlayırlar. Elementlər 3 gün boyunca çıxmağa davam edir. Səpki polimorfdur. Səpki çox qaşıntılıdır. Qartmaq düşdükdən sonra keçici pigmentasiya qalır. Vezikula və pustula möhtəviyyatının PZR müayinəsində suçiçəyi virus aşkarlanır".
Qeyd edək ki, Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri