Icma.az
close
up
RU
DİQQƏT! Pensiyaçılara ŞAD XƏBƏR

DİQQƏT! Pensiyaçılara ŞAD XƏBƏR

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşların real ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur.

Bəs, orta pensiya məbləği artırıla bilərmi?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, cəmiyyətdə təqdim olunan rəqəmlərlə bağlı yanlış təsəvvür formalaşmamalıdır.

Onun sözlərinə görə, açıqlanan göstəricilər minimum pensiya deyil, orta statistik məbləğdir:

"Bu rəqəmlər bütün pensiyaçıların aldığı konkret məbləği əks etdirmir. İş stajı və fərdi göstəricilərdən asılı olaraq pensiyalar dəyişir və bu da orta rəqəmi yüksəldir.

Vətəndaş üçün vacib olan orta pensiyanın artması yox, həmin vəsaitin gündəlik xərcləri qarşılaya bilməsidir. Kommunal ödənişlər, ərzaq məhsulları, xüsusilə, yaşlı insanların dərman və müalicə xərcləri artır. Əgər pensiya artımı bu xərcləri kompensasiya etmirsə, real faydası məhdud olur."

Günay Hüseynova əlavə edib ki, gəlir artımlarında faiz prinsipi bərabərsizliyi daha da dərinləşdirə bilər:

"Əgər biri 430 manat, digəri isə 1500 manat gəlir əldə edirsə, faizlə artım yüksək gəlirli şəxslərə daha çox üstünlük verir. Bu isə sosial balansı pozacaq.

Bir çox ölkələrdə pensiya artımı ilə paralel olaraq əlavə sosial dəstək mexanizmləri də tətbiq olunur. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı şəxslər üçün şəhərdaxili nəqliyyat pulsuzdur. Şəhərlərarası nəqliyyat və hava daşımalarında isə xüsusi endirimlər mövcuddur. Bu yanaşma pensiyaçıların xərclərini azaltmağa xidmət edir. Pensiyanın artacağı xəbəri yayılanda bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur. Halbuki, alıcı kütləsi yalnız pensiyaçılardan ibarət deyil."

Beləliklə, ekspertin qənaətinə görə, pensiyaların artırılması ilə yanaşı, sosial xərclərin azaldılması və əlavə güzəşt mexanizmlərinin tətbiqi daha effektiv nəticə verə bilər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

Böyük Britaniya ABŞ aviabazası üzərindən uçuşları məhdudlaşdırıb

29 Sentyabr 2026 08:08see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri