Icma.az
close
up
RU
DİQQƏT! Saxta endirimlərə aldanıb, həddən artıq məhsul almayın!

DİQQƏT! Saxta endirimlərə aldanıb, həddən artıq məhsul almayın!

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bayram ərəfəsində sözsüz ki, süfrələri müxtəlif təamlar bəzəyir. Təamları ərsəyə gətirmək, alkaqollu və alkoqolsuz içkilər əldə etmək üçün vətəndaşlar bazar və marketlərə üz tuturlar. Bayramla əlqədar olaraq endirimdə olan məhsullardan çox alıb saxlamağın əhəmiyyəti yoxdur. Çünki biz məhsulları stokladığımız zaman çox vaxt saxlanc şəraitinin doğruluğuna əməl etmirik”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında "Refresh Group" icraçı drektoru, qida mütəxəssisi Seymur Qafarov deyib. 
O bildirib ki, əsasən, +5 dərəcəyə qədər olan, hisə verilmiş və süd məhsullarının saxlanma şəraitinə əməl edə bilmirik:
“Endirimə aldanıb həddən artıq məhsul almaq doğru deyil. Bayram zamanı hazırlanan yeməklər də soyuducuda böyük yer tutur. Bu zaman biz soyuducuda olması lazım gələn məhsulu kənarda saxlayırıq. Qida təhlükəsizliyini təmin etmək üçün istehlakçılar istehlak edə bildikləri qədər qida məhsulunu əldə etməlidir. 
Məhsullar alan zaman “ENDİRİM” yapışqanının etiketin üstünə düşmədiyini dəqiqləşdirmək lazımdır. Yerli istehsaldırsa, etiketi oxumaq rahat olacaq. İdxal məhsuldursa, məhsulun üzərində və ya üzərinə vurulan yapışqanda mütləq şəkildə etiket məlumatları olmalıdır. 
Məhsulun son istifadə tarixinin bayram günü də daxil olmaqla bir neçə gün öncə bitmədiyinə diqqət yetirmək lazımdır”. 
Onun sözlərinə görə, elə məhsullar var ki, onlar bağlı şəkildə 2,3 hətta, 6 ay qala bilir:
“Ancaq qapağı açıldıqdan sonra 3 gün ərzində istehlak olunmalıdır. Həmin məhsullar ultrapasterizasiya edilmiş sayılır. Müxtəlif sous məhsulları, konsevrləşdirilmiş qidalar, vakum paketdə olan hisə verilmiş məhsulları da eyni sıraya aid etmək olar. 
Həmin məhsullar oksigensiz mühitdən oksigenli mühitə keçdikdə istifadə müddəti qısalır.
 Alkoqollu və ya alkoqolsuz içkiləri alarkən də son istifadə tarixinə baxmaq vacibdir. Hər hansı sual yaranarsa, paketin üzərindəki əlaqə vasitələri ilə birbaşa istehsalçı ilə əlaqə saxlamaq olar. 
Şübhəli hal olduqda müvafiq dövlət qurumlarını xəbərdar etmək vacibdir”. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri